Redaktor
Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
Böyük Britaniya 39,9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları energetika sektoruna yönəldilib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr edilmiş tədbirdə bildirib.
O əlavə edib ki, iki ölkə arasındakı münasibətlərdə energetika sahəsindəki əməkdaşlıq xüsusi yer tutur: "1994-cü ildə BP ilə səmərəli tərəfdaşlığın əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması bu qarşılıqlı fəaliyyətin təməli olub. Son üç onillik ərzində bu əməkdaşlıq həm hər iki ölkə, həm də bütün region üçün əhəmiyyətli nəticələr verib".
Zeynalov əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" kimi iri layihələr qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
"Bu ayın əvvəlində AÇG yatağının dərin qatlarından təbii qaz hasilatının başlanmasına həsr olunmuş mərasim keçirilib. Bu, həmin yatağın inkişafında yeni tarixi mərhələdir. "Deep-gas" layihəsi Azərbaycanın qaz hasilatının və ixrac potensialının artırılması üçün strateji əhəmiyyətə malikdir. Layihə çərçivəsində işlənilən qaz ehtiyatları növbəti illərdə Azərbaycana gələcək xarici investisiyalar üçün zəmin yaradacaq", - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq genişlənib "yaşıl" energetika və dekarbonizasiya sahəsində təşəbbüsləri əhatə edir. 2027-ci ildə Cəbrayılda istismara veriləcək 240 MVt gücündə olan "Şəfəq" günəş elektrik stansiyası, eləcə də bu layihənin Səngəçal terminalının dekarbonizasiyasına gələcək töhfəsi karbohidrogen və yaşıl energetikanın inteqrasiyasını əyani şəkildə nümayiş etdirəcək.
Zeynalov həmçinin vurğulayıb ki, energetika sektorundan əlavə, Böyük Britaniya ilə əməkdaşlıq ticarət, investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə edən çoxprofilli tərəfdaşlığa çevrilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOrxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
18.06.2026“Aqrarkredit” 1,3 milyon manatlıq fərdi yaşayış evini satışa çıxarır
18.06.2026Süni intellekt dövründə işə qəbul prosesi insanlara və etibara doğru dəyişir
18.06.2026Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
18.06.2026Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir
18.06.2026PR böhranı brendi necə gücləndirə bilər?
18.06.2026BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər
18.06.2026Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri
18.06.2026"PayPal Ventures" yeni investisiyaları dayandırdı
18.06.2026AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026