"Bitcoin"dəki enişi əvvəlcədən bilən analitik: "50 min dollar böyük alış fürsəti olacaq"

Redaktor

14.07.2026 11:51
73

"Bitcoin"dəki enişi əvvəlcədən bilən analitik: "50 min dollar böyük alış fürsəti olacaq"

"Bitcoin" son bir ayda əsasən üfüqi hərəkət etsə də, "Fundstrat" şirkətinin idarəedici direktoru Şon Farrell (Sean Farrell) hesab edir ki, kriptovalyutalar yenidən risk-gəlirlilik baxımından səhmlərdən daha cəlbedici olmağa başlayıb.

Valyuta.az xəbər verir ki, "CoinAge" nəşrinə danışan Farrell bildirib ki, "Bitcoin" 50 min dollar səviyyəsinə yaxınlaşarsa, bu, uzunmüddətli investorlar üçün böyük alış imkanı olacaq.

"Bitcoin 50 min dolların bir qədər üzərinə düşərsə, ciddi alış edərəm. Bunun investorlar üçün böyük fürsət olacağını düşünürəm", - deyə analitik bildirib.

Farrell orta və uzunmüddətli perspektivdə "Bitcoin"ə nikbin yanaşsa da, qısamüddətli dövr üçün ehtiyatlı mövqe sərgiləyir. Onun sözlərinə görə, faiz artımı gözləntiləri, yüksək real gəlirlər və Yaxın Şərqdəki geosiyasi gərginlik likvidlikdən asılı aktivlərə təzyiq göstərir.

Analitik həmçinin bildirib ki, "Strategy" şirkətinin gələcəkdə "Bitcoin" satmaq məcburiyyətində qala biləcəyi ilə bağlı risk tam aradan qalxmasa da, bir neçə həftə əvvəl gözlənilən nəzarətsiz satış təhlükəsi artıq əhəmiyyətli dərəcədə azalıb.

Farrellin proqnozlarını önəmli edən məqamlardan biri isə onun əvvəlki təxminlərinin böyük ölçüdə doğrulmasıdır. O, 2025-ci ilin dekabrında "Bitcoin"in 60-65 min dollar aralığına enəcəyini proqnozlaşdırdı. Sonradan "Bitcoin" 60 min dollara, "Ethereum" 1 747 dollara, "Solana" isə 67,5 dollara qədər gerilədi. İyulun əvvəlində isə "Bitcoin" 58 min dollardan da aşağı düşərək analitikin proqnozlaşdırdığı intervalın alt sərhədini test edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır

14.07.2026

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb

14.07.2026

Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

14.07.2026

"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq

14.07.2026

"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"

14.07.2026

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

14.07.2026
Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir?

Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir? – CƏDVƏL

14.07.2026

"AccessBank" mənfəət artımı açıqlayıb, faiz xərcləri 19% yüksəlib

14.07.2026

Məzənnə

Yüklənir...