"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

Redaktor

07.07.2026 11:00
40

"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

Süni intellekt sahəsində fəaliyyət göstərən "Claude" modelinin yaradıcısı "Anthropic" şirkəti "Bitcoin" mədənçiliyi ilə məşğul olan "TeraWulf" ilə uzunmüddətli əməkdaşlığa başlayıb.

Valyuta.az xəbər verir ki, tərəflər arasında 20 illik enerji icarəsi müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Anthropic" ABŞ-ın Kentukki ştatında yerləşən və "TeraWulf"a məxsus məlumat mərkəzindən (data center) istifadə edəcək.

Məlumata görə, bu müqavilə "TeraWulf"a qısamüddətli perspektivdə təxminən 19 milyard ABŞ dolları həcmində gəlir qazandıracaq.

Xəbərin açıqlanmasından sonra şirkətin səhmləri birjaöncəsi ticarətdə 16%-dən çox bahalaşıb.

Qeyd edək ki, "TeraWulf" ötən ildən etibarən fəaliyyət istiqamətini mərhələli şəkildə süni intellekt infrastrukturu sahəsinə yönəldib. Şirkət daha əvvəl "Fluidstack" ilə əməkdaşlığa başlamış, həmin layihəyə "Google" zəmanət vermiş və sonradan "TeraWulf"un səhmlərinin bir hissəsini satın alıb.

Bu əməkdaşlıqlar nəticəsində "TeraWulf"un səhmləri ötən ildən bəri 80%-dən çox dəyər qazanıb.

Bundan əlavə, "TeraWulf" 168 meqavat gücündə olan digər məlumat mərkəzinin enerji tutumunun 50%-ni də yenidən Fluidstack şirkətinə ayırıb.

Əvvəllər əsasən nüvə enerjisi hesabına "Bitcoin" mədənçiliyi ilə tanınan "TeraWulf" son bir ildə fəaliyyətini genişləndirərək süni intellekt şirkətləri üçün enerji və məlumat mərkəzi infrastrukturu təminatçısına çevrilmək istiqamətində addımlar atır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb

07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

07.07.2026

Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?

07.07.2026

"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?

Bank kreditini başqa şirkətə sata bilərmi?

07.07.2026

Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO

07.07.2026

Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"

07.07.2026

Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb

07.07.2026
Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

07.07.2026

Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi

07.07.2026

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

06.07.2026

Həyatda uğur qazanmaq üçün nə lazımdır?

06.07.2026

Həyatın ölüm halından sığorta üzrə yığımlar 28,4% artıb

06.07.2026

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

Məzənnə

Yüklənir...