Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

Redaktor

07.07.2026 11:55
105

Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

Bakıda Valyuta.az-ın təşkilatçılığı ilə startap ekosistemi və vençur investisiyalarına həsr olunmuş seminar baş tutub.

Seminarda ABŞ-da fəaliyyət göstərən "Traction Fund" vençur fondunun təsisçisi və investisiya direktoru Ülvi Rəşid iştirakçılarla görüşüb.

Ülvi Rəşid regionumuzdan olan Silikon Vadisində ən nüfuzlu və tanınmış vençur kapitalistlərdən biridir. Son 10 il ərzində “SpaceX”, “Figure Technologies”, “Diamond Foundry”, “Coursera”, “Udemy”, “Kraken”, “Lemonade İnsurance” şirkətlərinə $211 milyon yatırım edib, 7 investisiya üzrə ortalıqla 800% gəlirlə investorlara gəlir qazandırıb. 2019-cu ildə “SpaceX” şirkətinə etdiyi investisiya, 40 dəfə böyüyüb. Bu ildən başlayaraq, “Traction Fund” Suni İntellekt İnfrasturuna, Enerji və Müdafiə sahələrində çalışan “Positron Aİ”, “Crusoe Energy”, “Anduril” və “Saronic” şirkətlərinə yatırım edib. “Traction Fund” Azərbaycanda “Sabah Fond”un investisiya komitəsinin üzvüdür, “Sabah Fond” son 18 ay ərzində 5 Azərbaycan və 14 regional şirkətə maliyyə yatırıb.

Görüş Sabah.HUB-da keçirilib.

Valyuta.az xəbər verir ki, seminarda qlobal, regional və yerli investisiya trendləri, səhmlərin düzgün bölgüsü, investor-təsisçi münasibətləri və yerli layihələrin xarici bazarlara çıxışı müzakirə olunub.

Ülvi Rəşid bildirib ki, təsisçi ilk növbədə "bu ideyanı yerli, regional, yoxsa qlobal bazar üçün qururam?" sualına cavab verməlidir: “Çünki investorlar vəsaiti yalnız gələcək "exit"i — akvizisiya və ya IPO-nu nəzərə alaraq yatırırlar. Qlobal IPO üçün ən azı yarım milyard dollar gəlir və ya 200 milyon dollar xalis mənfəət lazımdır. Regional yol isə regionun bütün ölkələrində təmsil olunmağı tələb edir — tək bazardan bu miqyasa çatmaq nadir haldır, Qazaxıstandakı "Kaspi" istisnalardandır. Üçüncü yol iri oyunçuları tamamlayan yerli şirkət qurub sonradan onlara satmaqdır”.

Onun sözlərinə görə, ideya yalnız başlanğıcdır: "Ən böyük risk yanlış ideya deyil, yanlış icradır. Əla ideya və pis icra orta ideya və əla icradan on dəfə pisdir. İdeyalar daim dəyişir — arzuları gerçəyə çevirən icradır. Vizyon nə qədər böyükdürsə, cəlb edilən komanda da bir o qədər güclü olur, investorlar isə məhz güclü komandaların arxasınca gedirlər.

Gənc təsisçilərin ən böyük səhvlərindən biri "pre-seed" mərhələsində investorlara həddindən artıq pay vermələridir: "Səhmləriniz ən yaxşı istedadları cəlb etmək üçün yeganə məhdud instrumentinizdir. Vizyon böyükdürsə, təxminən 1 faiz pay güclü mütəxəssisi uzunmüddətli inkişafa bağlamağa kifayət edir".

Bazarlar arasında qiymətləndirmə fərqi də vurğulanıb: regionda şirkətlər Körfəz (GCC) ölkələrindən 2-3 dəfə aşağı, ABŞ-da isə Körfəzdən 2-5 dəfə yüksək qiymətləndirilir.

Qeyd edilib ki, investorun vəsaiti təsisçinin lüks həyatı üçün deyil, şirkətin dəyərini artırmaq üçündür — şəffaflıq və güclü reputasiya uzunmüddətli əməkdaşlığın əsas şərtidir.

Seminar çərçivəsində Ülvi Rəşid 15 təsisçi ilə "Shark Tank" formatında sessiya keçirib və ikisini investisiya üçün cəlbedici hesab edib — bunu "product-market fit", iri şirkətlərlə pilot layihələr kimi real irəliləyiş və işinə tam bağlı komandanın kombinasiyası ilə əsaslandırıb. Sessiyadan sonra dörd təsisçini süni intellekt, səhiyyə və səyahət sahələrində tərəfdaş və investorlarla əlaqələndirib.

Rəfiqə Abdin 

Fotolar: Rəşad Mehdiyev

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR

07.07.2026

İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək

07.07.2026

"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb

07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

07.07.2026

Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?

07.07.2026

"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?

Bank kreditini başqa şirkətə sata bilərmi?

07.07.2026

Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO

07.07.2026

Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"

07.07.2026

Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb

07.07.2026
Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

07.07.2026

Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi

07.07.2026

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

06.07.2026

Həyatda uğur qazanmaq üçün nə lazımdır?

06.07.2026

Həyatın ölüm halından sığorta üzrə yığımlar 28,4% artıb

06.07.2026

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

Məzənnə

Yüklənir...