Redaktor
İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək
İlon Maskın süni intellekt təşəbbüsü olan "xAI" bundan sonra fəaliyyətini "SpaceXAI" adı altında davam etdirəcəyini açıqlayıb. Bununla yanaşı, şirkət yeni loqosunu təqdim edib və "X" platformasındakı rəsmi hesabının adını da "SpaceXAI" olaraq dəyişib.
Valyuta.az xəbər verir ki, bu dəyişiklik İlon Maskın ilin əvvəlində "xAI" şirkətini "SpaceX"in tərkibinə daxil etməsindən sonra gözlənilən son mərhələ hesab olunur.
Şirkət artıq müstəqil brend kimi deyil, "SpaceX"in süni intellekt bölməsi kimi fəaliyyət göstərəcək. Beləliklə, başda "Grok" olmaqla bütün süni intellekt məhsulları "SpaceXAI" brendi altında təqdim ediləcək.
İlon Mask may ayında verdiyi açıqlamada "xAI"ın ayrıca şirkət kimi fəaliyyətinə son veriləcəyini və bütün süni intellekt layihələrinin "SpaceXAI" brendi altında birləşdiriləcəyini bildirmişdi. Son loqo və ad dəyişikliyi ilə bu transformasiya rəsmi şəkildə başa çatıb.
Rebrendinq prosesi "SpaceX"in iyun ayında həyata keçirdiyi ilkin kütləvi səhmlərin yerləşdirilməsindən (IPO) sonra baş verib. Şirkət investorlara təqdimatlarında süni intellekti gələcək inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirib və bu sahəyə yatırdığı investisiyaların kosmik və rabitə texnologiyalarına ayrılan vəsaiti üstələdiyini bildirib. Bundan əlavə, "SpaceX" qarşıdakı illərdə kosmos əsaslı süni intellekt məlumat mərkəzləri yaratmağı planlaşdırdığını açıqlayıb.
İlon Maskın son dövrdə atdığı addımlar kosmik texnologiyalar, süni intellekt və sosial media platformalarını vahid korporativ struktur altında birləşdirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Fevral ayında tamamlanan satınalma nəticəsində "xAI" "SpaceX"in tərkibinə daxil edilib, "X" platforması və "Grok" da eyni ekosistemin əsas məhsulları sırasına qoşulub.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR
07.07.2026İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək
07.07.2026"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb
07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi
07.07.2026Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?
07.07.2026"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı
07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?
07.07.2026Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO
07.07.2026Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
07.07.2026Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb
07.07.2026