Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

Redaktor

06.07.2026 23:04
96

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

"Strategy" şirkətinin təsisçisi və icraçı sədri Maykl Seylor bildirib ki, "Bitcoin"in qiymətini müəyyən edən əsas amil artıq 4 illik "halving" dövrləri deyil, institusional kapital axınları olacaq.

Valyuta.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşdığı yazıda qeyd edib ki, "Bitcoin" qlobal maliyyə sisteminə inteqrasiya olunduqca onun qiymətini yalnız "halving" və fərdi investorların davranışı ilə izah etmək mümkün deyil.

"Qarşıdakı 10 ildə "Bitcoin"in qiymətini yeni hasil olunan "Bitcoin" həcmi deyil, bazara daxil olan kapital axınları müəyyən edəcək", - deyə Seylor bildirib.

O, həmçinin "Bitcoin"in əsas üstünlüyünün dəyişməz protokola malik olması olduğunu vurğulayıb. Seylorun fikrincə, "Bitcoin" üçün ən böyük risk bazardan silinməsi deyil, əsas protokola düşünülməmiş dəyişikliklərin edilməsidir. Buna görə də əsas qatda dəyişikliklər yalnız geniş konsensus əldə olunduğu halda həyata keçirilməlidir.

M.Seylor hesab edir ki, 2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq, banklar, investisiya fondları və dövlətlərin ehtiyat aktivlərindən birinə çevriləcək. Onun sözlərinə görə, gələcəyin rəqəmsal maliyyə infrastrukturu da Bitcoin ekosistemi ətrafında formalaşacaq.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

06.07.2026

Həyatda uğur qazanmaq üçün nə lazımdır?

06.07.2026

Həyatın ölüm halından sığorta üzrə yığımlar 28,4% artıb

06.07.2026

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Məzənnə

Yüklənir...