Bank kreditini başqa şirkətə sata bilərmi?

Redaktor

07.07.2026 10:28
115

Bank kreditini başqa şirkətə sata bilərmi?

Bəzi hallarda fəaliyyətini dayandıran bankların borclarının toplanması başqa banka və ya digər hüquqi şəxsə ötürülür. Təcrübədə görürük ki, fəaliyyətini davam etdirən bankların problemli kreditləri ilə bağlı da bəzən borcalanlarla bankın özü deyil, başqa bir şirkət əlaqə saxlayır.

Müxtəlif səbəblərdən kredit ödənişlərində gecikmələr yarandıqda həmin şirkət borcun ona ödənilməli olduğunu bildirir. Bu isə borcalanlarda bir sıra suallar yaradır.

Bank kredit borcunu başqa şirkətə sata və ya onun idarə olunmasını həmin şirkətə həvalə edə bilərmi? 

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirib ki, bu prosesin yaranmasının təbii səbəbi var:

"Tutaq ki, müəyyən bir kommersiya qurumu bu və ya digər səbəbdən bağlanmalı olur.

O zaman sual yaranır ki, vətəndaşın həmin bankdakı əmanətini kim qaytaracaq? Əgər bank faktiki olaraq bağlanırsa, həmin əmanəti kim qaytaracaq?

Bunun müxtəlif hüquqi tərəfləri var. Onlardan biri və ən uğurlu hesab olunan variant əmanətlərin digər kommersiya bankına və ya başqa bir təşkilata ötürülməsidir. Əgər bu əmanətlər ötürülürsə, deməli, bağlanan bankın kreditlərinin də ötürülməsi zəruridir. Buna görə də bankın aktivləri və öhdəlikləri birlikdə ötürülür.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bank müəyyən hallarda kredit tələbi hüququnu başqa şəxsə ötürə və ya problemli kreditlərin idarə olunmasını üçüncü tərəfə həvalə edə bilər. Sadəcə, burada hər iki hal hüquqi baxımdan bir-birindən fərqlənir".

Bunun üçün borcalanın razılığı tələb olunurmu? sualına cavab olaraq ekspert qeyd edib ki, bu məsələ, yəqin ki, müqavilələrdə də öz əksini tapır:

"Əksər hallarda isə xeyr, borclunun razılığı tələb olunmur. Əgər qanunda və ya kredit müqaviləsində bununla bağlı xüsusi hallar və ya ayrıca qeydlər nəzərdə tutulmayıbsa, o zaman tələb hüququnun başqa şəxsə verilməsi üçün borclunun razılığına ehtiyac olmur.

Bunu sadə dillə izah edim. Vətəndaşlar arasında da öhdəlik ötürüldükdə həm borc alan, həm də borc verən tərəf olur. Burada sadəcə kreditor dəyişir. Buna kreditor deyilir. Yəni borclunun öhdəliyi dəyişmir. Məsələn, mən hər ay 5 manat ödəməliyəmsə, yenə də həmin məbləği ödəyəcəyəm. Sadəcə, həmin vəsaiti X banka və ya Y banka ödəyəcəyəm. Burada mahiyyət etibarilə heç nə dəyişmir. Başqa şirkət zəng etsə də, ödəniş yenə də banka edilir. Bilirsiniz, burada məsələ ondadır ki, söhbət borcun satılmasından getmir. Məsələn, mənim bir problemim var və onu həll etmək üçün vəkil tuturam. İstər mülki məsələlərdə, istərsə də digər hüquqi məsələlərdə. Yəni öz problemimi həll etmək üçün bu prosesə üçüncü bir şəxsi cəlb edirəm. Burada da eyni qayda tətbiq olunur. Problemli kreditin idarə olunması başqa bir şirkətə həvalə edilir. Buna autsorsinq (outsourcing) deyilir. Belə hallarda kredit müqaviləsinin tərəfləri dəyişmir. Bir tərəf yenə bank, digər tərəf isə borclu şəxs olaraq qalır".

"Bank fəaliyyətini davam etdirsə belə, qanunvericiliyin və kredit müqaviləsinin şərtlərinə uyğun olaraq problemli kreditlərinin idarə olunmasını üçüncü tərəfə həvalə edə bilər. Bu, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi mexanizmlərdən biridir", - deyə E.Əmirov əlavə edib.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?

07.07.2026

"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?

Bank kreditini başqa şirkətə sata bilərmi?

07.07.2026

Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO

07.07.2026

Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"

07.07.2026

Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb

07.07.2026
Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

07.07.2026

Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi

07.07.2026

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

06.07.2026

Həyatda uğur qazanmaq üçün nə lazımdır?

06.07.2026

Həyatın ölüm halından sığorta üzrə yığımlar 28,4% artıb

06.07.2026

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Məzənnə

Yüklənir...