Redaktor
Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
Qrafik analizləri ilə tanınan məşhur analitik Peter Brandt növbəti dəfə kriptovalyuta bazarı ilə bağlı diqqətçəkən açıqlama verib.
Valyuta.az xəbər verir ki, ilin əvvəlində "Bitcoin"in qiymətinin 58 min dollara qədər geriləyəcəyini proqnozlaşdıran və bu proqnozu özünü doğruldan Brandt, qarşıdakı dövrdə qızılın "Bitcoin"dən daha yüksək gəlir gətirəcəyini düşündüyünü bildirib.
O, "X" sosial şəbəkəsində etdiyi paylaşımda "Bitcoin" və qızılın gələcək perspektivlərini müqayisə edərək, portfelində dəyişiklik etməyi planlaşdırdığını açıqlayıb.
"Bitcoin"lərimin bir hissəsini satıb əldə etdiyim vəsaitlə qızıl almağı düşünürəm. Hesab edirəm ki, qarşıdakı dövrdə qızıl "Bitcoin"dən xeyli yüksək gəlir gətirəcək", - deyə Brandt qeyd edib.
Son aylarda hər iki aktivdə ciddi qiymət enişi müşahidə olunsa da, "Bitcoin" daha böyük itki ilə üzləşib. İyun ayında "Bitcoin"in qiyməti təxminən 20%, qızılın qiyməti isə 11%-dən çox azalıb.
İlin əvvəlindən indiyədək isə "Bitcoin" təxminən 28% dəyər itirdiyi halda, qızılın ucuzlaşması cəmi 4% təşkil edib. Xatırladaq ki, qızıl yanvar ayında güclü yüksəliş nümayiş etdirərək bir unsiya üçün 5600 dollara qədər bahalaşıb. "Bitcoin" isə son tarixi maksimumunu ötən ilin oktyabr ayında 126 min dollar səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, Peter Brandt daha əvvəl "Bitcoin"in qiymətinin 58 min dollara qədər enəcəyini proqnozlaşdırmış və "Bu proqnozum baş tutmasa da, bundan utanmaram" deyib. Ötən həftə "Bitcoin"in qiymətinin 58 min dollara qədər geriləməsi ilə analitikin bu proqnozu öz təsdiqini tapıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Bank kreditini başqa şirkətə sata bilərmi?
07.07.2026Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO
07.07.2026Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
07.07.2026Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb
07.07.2026