Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

Redaktor

04.06.2026 14:00
24

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

Kriptovalyuta investisiyaları və aktivlərin idarə olunması sahəsində fəaliyyət göstərən "Abraxas Capital" da "Bitcoin" satışına başlayan iri şirkətlər sırasına qoşulub.

Valyuta.az xəbər verir ki, şirkət təxminən 70 milyon dollar dəyərində 1000 ədəd "Bitcoin" (BTC) satıb. Bununla yanaşı, "Abraxas Capital"ın mərhələli şəkildə USDT və USDC çıxarışları etdiyi də bildirilir.

"EmberCN"in paylaşdığı məlumata görə, "Abraxas Capital" satdığı "Bitcoin"ləri "Kraken" kriptobirjasına köçürüb. Daha sonra şirkət USDT və USDC şəklində ümumilikdə 52,7 milyon dollar vəsaiti mərhələli şəkildə çıxarıb.

Mərkəzi ofisi Londonda yerləşən "Abraxas Capital" ötən il böyük həcmdə "Ether" (ETH) alışları ilə də diqqət çəkib. Məlumatlara görə, şirkət mərhələli şəkildə 270 mindən çox "ETH" əldə edib. Bu səbəbdən bəzi analitiklər onu "Ether balinası" adlandırmağa başlayıblar.

Qeyd edək ki, "Abraxas Capital" bu ilin aprel ayında da "Tether" şirkətindən 2,89 milyard dollar həcmində USDT çıxarışı həyata keçirib. Şirkət hazırda "Tether"in ən böyük korporativ müştərilərindən biri hesab olunur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

04.06.2026

Azərbaycan suveren dövlət xidmətləri internetdən asılı olmayacaq

04.06.2026

28 May ərazisində obyektlərin icarə qiymətləri - CƏDVƏL

04.06.2026

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

04.06.2026

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?

04.06.2026

Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır

04.06.2026

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk

04.06.2026

Mopedlərlə bağlı yeni QAYDA

04.06.2026

Məzənnə

Yüklənir...