Redaktor
Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı
Kənd Təsərrüfatı Nazirliyi olaraq Dövlət Proqramında əsas hədəfimiz hər hektardan daha yüksək dəyər yaradan məhsul istehsalına nail olmaqdır.
Valyuta.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Modern.az-ın buğda istehsalı ilə bağlı sualına cavab olaraq bildirib.
Nazir müavini qeyd edib ki, buğda və digər taxıl bitkiləri ölkənin bitkiçilik məhsulları strukturunda böyük paya malikdir:
“Buğda istehsalının artırılmasına maneə kimi deyil, daha çox əsas çağırış kimi məhsuldarlığın arzuolunan səviyyəyə çatmamasını qeyd edərdim. Bunun da bir sıra obyektiv səbəbləri var. İlk növbədə, müasir suvarma sistemlərinin tətbiqi sahələrinin genişləndirilməsinə ehtiyac mövcuddur. Taxıl əkinlərində müasir suvarma texnologiyalarının və təsərrüfatdaxili suvarma şəbəkələrinin əhatə dairəsi artdıqca məhsuldarlıq da proporsional şəkildə yüksələcək”.
Z.Əliyev həmçinin vurğulayıb ki, hazırda ölkədə ümumilikdə 900 min hektara yaxın taxıl əkin sahəsi mövcuddur:
“Bunun təxminən 400-450 min hektarında buğda əkilir. Taxıl sahələrinin 300-400 min hektarı dəmyə şəraitindədir və həmin ərazilərdə suvarma şəbəkələrinin qurulması mümkün deyil. Qalan 400-500 min hektar sahədə isə müasir suvarma sistemlərinin tətbiqi üçün potensial mövcuddur.
Ancaq nəzərə almaq lazımdır ki, müasir suvarma sistemlərinin qurulması həm böyük investisiya tələb edir, həm də vaxt aparan prosesdir. Bu istiqamətdə ana kanalların, ikinci dərəcəli kanalların və digər su infrastrukturunun yaradılması vacibdir”.
Nazir müavininin sözlərinə görə, ümumilikdə məqsəd suvarma sistemlərini təkmilləşdirməklə buğda istehsalını artırmaq və ölkənin özünütəminetmə səviyyəsini yüksəltməkdir:
“Dövlət Proqramında bu göstəricinin hazırkı 55 faizdən 66 faizə çatdırılması hədəflənib. Müasir suvarma ilə təmin olunan ərazilərin genişlənməsi nəticəsində həm məhsulun həcmi, həm də keyfiyyəti üzrə qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olacaq.
Bu baxımdan, əsas çağırışlardan biri məhz müasir suvarma sistemlərinin formalaşdırılması və geniş tətbiqidir”, - deyə Z.Əliyev qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah Azərbaycanda 32 dərəcə isti olacaq
04.06.2026Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək
04.06.2026Eldar Rəsulova “AzərGold”da vəzifə verildi
04.06.2026Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®
04.06.2026Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir
04.06.2026Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı
04.06.2026PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®
04.06.2026Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi
04.06.2026Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı
04.06.2026Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?
04.06.2026Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır
04.06.2026Tramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026