Redaktor
Mopedlərlə bağlı yeni QAYDA
Azərbaycanda moped sürənlər üçün yeni qaydalar tətbiq olunur, qeydiyyat, sürücülük vəsiqəsi, sığorta və texniki baxış tələbləri genişləndirilir.
Valyuta.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən“Yol hərəkəti haqqında” qanunda edilən dəyişikliklərin icrası ilə əlaqədar bir sıra qanunlara təklif olunan dəyişikliklərdə əksini tapıb.
Belə ki, layihəyə əsasən, mopedlər üçün dövlət qeydiyyatı, qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi tələbləri tətbiq edilir. Bununla yanaşı, mopedi idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq və moped sürücülərinə nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr də şamil ediləcək.
Dəyişikliklərə görə, qeydiyyatdan keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası tətbiq olunacaq. Eyni zamanda, mopedlər texniki baxışdan keçməli olacaq.
Qanun layihəsində mopedlərlə bağlı dövlət rüsumları da müəyyənləşdirilir. Belə ki, mopedlərin texniki baxışdan keçirilməsi üçün 15 manat, dövlət qeydiyyatına alınması üçün 10 manat, dövlət qeydiyyat nişanının verilməsi üçün 15 manat, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 30 manat, imtahan üçün isə 40 manat dövlət rüsumu nəzərdə tutulur. Təkrar imtahan verənlər 20 manat ödəyəcəklər.
Layihədə həmçinin avtomobil yollarından istifadə ilə bağlı müddəalara mopedlər də əlavə edilir və onların yol hərəkəti sisteminə inteqrasiyası genişləndirilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi
04.06.2026Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı
04.06.2026Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?
04.06.2026Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır
04.06.2026Tramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026