Redaktor
Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir
Türkiyənin Van şəhərində yaşayan Azərbaycan əsilli 32 yaşlı Əhməd Cahangərd Takalonun bank hesabında qəfil olaraq təxminən 1 trilyon türk lirəsi peyda olub.
Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən məbləğ hesabda göründükdən sonra bank onun bütün hesablarını araşdırmaya götürüb və bloklayıb.
Məlumata görə, Takalo supermarketdə alış-veriş edərkən bank kartı ilə ödəniş edə bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən şəxs hesabında 999 milyard 999 milyon 999 min 999 lirə 99 kuruş olduğunu görüb.
Qeyd olunur ki, bu məbləğ təxminən 21,8 milyard ABŞ dollarına bərabərdir. Belə bir sərvət isə Takalonu dünyanın ən varlı şəxsləri sırasına daxil edə bilərdi.
Əhməd Cahangərd Takalo bildirib ki, vəsaitin hesabına necə köçürüldüyü barədə heç bir məlumatı yoxdur. Qeyri-adi vəziyyətlə əlaqədar bank onun hesablarını donduraraq araşdırmaya başlayıb.
Takalo məsələ ilə bağlı bankdan ətraflı məlumat almağa çalışdığını, lakin araşdırma davam etdiyi üçün ona hər hansı izahat verilmədiyini deyib.
O həmçinin bildirib ki, vəziyyəti süni intellektə də soruşub. Aldığı cavablarda belə bir büdcə ilə iri infrastruktur layihələrinin həyata keçirilməsinin və ya böyük həcmdə qızıl alınmasının mümkün olduğu qeyd edilib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026