Redaktor
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət
2026-cı ilin yanvar-aprel aylarında sığorta bazarında ən çox yığım həyata keçirən ilk beş şirkət arasında liderliyi “Paşa Həyat Sığorta” ASC qoruyub. Şirkət 309,8 milyon manat yığım toplayaraq ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% artım nümayiş etdirib.
Siyahıda ikinci yerdə 149,4 milyon manatla “Paşa Sığorta” ASC qərarlaşıb. İlk beşlikdə yer alan digər şirkətlər “Atəşgah Həyat” Sığorta Şirkəti ASC, “Atəşgah” Sığorta Şirkəti ASC və “Qala Sığorta” ASC olub.
Bunlardan yalnız “Qala Sığorta” ASC-də azalma qeydə alınıb və şirkətin yığımları illik müqayisədə 59,3% geriləyib.
Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar-aprel aylarında sığorta bazarında ən çox yığım həyata keçirən 5 şirkətin göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə dəyişmə məbləği və artım tempi əks olunub.
| Sığorta şirkəti | 2026-cı ilin yanvar-aprel ayları (min manat) | 2025-ci ilin yanvar-aprel ayları (min manat) | Dəyişmə (min manat) | Dəyişmə (%) |
|---|---|---|---|---|
| “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 309 834 | 281 911 | 27 923 | 9,90% |
| “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 149 424 | 135 457 | 13 967 | 10,31% |
| “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 39 414 | 38 288 | 1 126 | 2,94% |
| “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 21 842 | 20 262 | 1 580 | 7,80% |
| “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 16 732 | 41 071 | -24 339 | -59,26% |
| 03.06.2026 |
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026