Redaktor
Bu universitetin Məzun Günü satınalması ləğv edildi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) iki satınalma müqaviləsi ləğv olunub.
Valyuta.az xəbər verir ki, ləğv edilən satınalmalardan biri universitetin 2026-cı il üçün nəzərdə tutulan Məzun Günü tədbirinin təşkili ilə bağlı olub. Satınalmanın ehtimal olunan dəyəri 113 min 575 manat təşkil edib.
Digər satınalma isə AzMİU-nun 5 saylı tələbə yataqxanasının əsaslı təmir layihəsi ilə bağlı olub. Bu layihə üçün 70 min 92 manat vəsait ayrılması nəzərdə tutulmuşdu.
Hər iki satınalmanın ləğv edilməsinə eyni səbəb göstərilib. Belə ki, satınalmada iştirak etmək üçün təklif və təklif təminatı təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olub.
Nəticədə həm Məzun Günü tədbirinin təşkili, həm də tələbə yataqxanasının əsaslı təmiri üzrə satınalma prosedurları baş tutmayıb və müqavilələr ləğv edilib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026