Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

Redaktor

04.06.2026 14:43
67

Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

“Süni intellektdən doğru cavab almaq istəyirsənsə, ona suallarını da doğru şəkildə verməlisən”.

Bu sözləri Valyuta.az-ın təşkilatçılığı ilə keçirilən “Süni intellekt gündəlik həyatımızda” seminarında ABŞ-da süni intellekt sahəsində fəaliyyət göstərən “flowlyst” şirkətinin təsisçisi Əziz Ağayev bildirib.

O, deyib ki, istifadəçilərin ən çox buraxdığı səhvlərdən biri süni intellektə kifayət qədər məlumat verməmək və dəqiqləşdirici suallar soruşmağa imkan yaratmamaqdır.

Ə.Ağayev bildirib ki, mürəkkəb tapşırıqlar zamanı süni intellektdən əvvəlcə mümkün qədər çox sual verməsini istəmək nəticənin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.

Nümunə olaraq öz şirkətinin istifadə şərtləri (Terms and Conditions) sənədinin hazırlanması prosesindən danışan ekspert qeyd edib ki, süni intellekt əvvəlcə 50-dən çox dəqiqləşdirici sual verib:

“Sadəcə promptu hazırlamaq üçün bizə 54 sual verdi. Təxminən 40 dəqiqə həmin sualları cavablandırdıq. Daha sonra “deep research” (dərin tədqiqat) həyata keçirdi və 85 səhifəlik istifadə şərtləri sənədi hazırladı. Hazırlanan sənədin 85-90 faizi istifadəyə hazır vəziyyətdə idi”.

Seminarda “prompt engineering” mövzusuna da toxunan Ə.Ağayev bildirib ki, uğurlu nəticə əldə etmək üçün süni intellektə konkret rol vermək, tapşırığı dəqiq ifadə etmək, kontekst və nümunələr təqdim etmək vacibdir. Onun sözlərinə görə, istifadəçilər süni intellektdən cavabın tonu və üslubu ilə bağlı da xüsusi tələblər istəyə bilərlər. Məsələn, mürəkkəb mətnləri daha sadə və anlaşılan dilə çevirmək mümkündür:

“Əgər məqsədiniz akademik məqalə yazmaq deyilsə, sadə dil daha effektivdir. Mən rəhbərlərə həmişə tövsiyə edirəm ki, mətnlərini altıncı sinif şagirdinin anlaya biləcəyi səviyyəyə uyğunlaşdırsınlar. İnsanlar qısa və sadə cümlələri daha rahat anlayırlar”, – deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, süni intellekt müxtəlif peşə və sahələrin rolunu mənimsəyə bilir. Bunun üçün istifadəçi əvvəlcədən hansı formatda nəticə almaq istədiyini – mətn, cədvəl, hesabat və ya başqa formada – dəqiq şəkildə müəyyənləşdirməlidir. Əziz Ağayev hesab edir ki, süni intellektdən maksimum fayda əldə etməyin əsas yolu texnologiyaya düzgün göstəriş vermək və onu məqsədyönlü şəkildə yönləndirməkdir.

Mələk Ziyad

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

04.06.2026

Azərbaycan suveren dövlət xidmətləri internetdən asılı olmayacaq

04.06.2026

28 May ərazisində obyektlərin icarə qiymətləri - CƏDVƏL

04.06.2026

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

04.06.2026

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?

04.06.2026

Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır

04.06.2026

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Məzənnə

Yüklənir...