Redaktor
Süni intellekt üçün enerji xərcləri artır - İrlandiyada rekord istehlak
İrlandiya Mərkəzi Statistika İdarəsinin (CSO) açıqladığı məlumata görə, 2025-ci ildə məlumat mərkəzləri ölkənin ümumi elektrik enerjisi istehlakının 23 faizini təşkil edib. Süni intellekt sahəsinə yatırımların artması ilə sürətlə böyüyən sektor ölkənin enerji siyasətinə də təsir göstərir.
Valyuta.az xəbər verir ki, statistikaya əsasən, məlumat mərkəzlərinin elektrik istehlakı bir il ərzində 10 faiz artıb. Eyni dövrdə ölkənin qalan hissəsində elektrik istehlakındakı artım cəmi 2 faiz olub.
Məlumata görə, məlumat mərkəzləri 2024-cü ildə 6 973 giqavat-saat (GWh) elektrik enerjisi istifadə etdiyi halda, bu göstərici 2025-ci ildə 7 663 GWh-ə yüksəlib. Bu artım süni intellekt infrastrukturunun enerji tələbatının nə qədər sürətlə böyüdüyünü bir daha nümayiş etdirib.
2015-ci illə müqayisədə məlumat mərkəzlərinin elektrik istehlakı 360 faiz artıb. Həmin dövrdə ölkə üzrə elektrik istehlakının cəmi 5 faizini təşkil edən bu mərkəzlər hazırda ümumi istehlakın təxminən dörddəbirinə yaxın paya malikdir.
Rüblük statistika da oxşar mənzərəni göstərir. Belə ki, 2015-ci ilin birinci rübündə məlumat mərkəzləri 291 GWh elektrik enerjisi istehlak etdiyi halda, 2025-ci ilin son rübündə bu göstərici 1 991 GWh-ə çatıb. Bu isə təxminən 584 faizlik artım deməkdir.
CSO-nun İqlim və Enerji Bölməsinin statistik mütəxəssisi Qjeqoj Qlaçınski bildirib ki, 2015–2025-ci illəri əhatə edən məlumatlar məlumat mərkəzlərinin elektrik istehlakında çox ciddi artımın baş verdiyini açıq şəkildə göstərir.
2025-ci ilin göstəricilərinə əsasən, məlumat mərkəzləri ölkə üzrə elektrik enerjisinin 23 faizini istehlak etdiyi halda, şəhər və kənd təsərrüfatı olmayan yaşayış evlərinin payı 28 faiz olub. Beləliklə, məlumat mərkəzlərinin istehlakı artıq ev təsərrüfatlarının səviyyəsinə xeyli yaxınlaşıb.
Süni intellekt yatırımları hesabına sürətlə artan bu obyektlər dünya miqyasında müzakirə mövzusuna çevrilib. Tərəfdarlar onların süni intellekt infrastrukturunun inkişafı üçün vacib olduğunu bildirirlər. Tənqidçilər isə yüksək elektrik istehlakının enerji sisteminə və istehlakçılara əlavə yük yaratdığını vurğulayırlar.
Təxminən 5 milyon əhalisi olan İrlandiyada hazırda 89-a yaxın məlumat mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyəti paytaxt Dublin və ətrafında yerləşir.
Ən iri məlumat mərkəzlərinin çoxu “Microsoft”, “AWS”, “Google” və “Meta” şirkətlərinə məxsusdur. Bu şirkətlər həmin obyektlərdən bulud xidmətləri, onlayn platformalar və süni intellekt sistemləri üçün istifadə edirlər. Digər obyektləri isə müxtəlif şirkətlərə xidmət göstərən məlumat mərkəzi operatorları idarə edir.
İrlandiyada ilk məlumat mərkəzləri bulud texnologiyaları və sosial media platformalarının genişlənməsi ilə yaranmağa başlayıb. Son illərdə generativ süni intellektin sürətli inkişafı elektrik enerjisinə tələbatı daha da artırıb.
Elektrik şəbəkəsinə düşən yükün artacağı ilə bağlı narahatlıqlar səbəbindən İrlandiya Kommunal Xidmətlərin Tənzimlənməsi Komissiyası (CRU) 2021-ci ildə yeni məlumat mərkəzlərinin elektrik şəbəkəsinə qoşulmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıran qərar qəbul edib.
Bu qərara əsasən, yeni layihələrdən ya öz elektrik istehsalı sistemlərini yaratmaları, ya da Dublin bölgəsindən kənarda fəaliyyət göstərmələri tələb olunub.
Məhdudiyyətlərə baxmayaraq, məlumat mərkəzlərinin elektrik istehlakı artmaqda davam edib.
Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü ildə açıqladığı proqnozda məlumat mərkəzlərinin 2026-cı ildə İrlandiyanın ümumi elektrik istehlakının üçdə birinə çatacağını bildirmişdi. 2025-ci ildə qeydə alınan 23 faizlik göstərici və davam edən artım bu proqnozun reallaşa biləcəyini göstərir.
Bu səbəbdən İrlandiya 2025-ci ilin sonunda Böyük Enerji İstifadəçilərinin (LEU) qoşulması ilə bağlı yeni siyasəti qüvvəyə mindirib. Yeni qaydalara əsasən, gücü 10 MVA-dan çox olan məlumat mərkəzləri istifadə etdikləri elektrik enerjisini obyekt daxilində qurulacaq çevik istehsal sistemləri ilə dəstəkləməlidirlər. Bundan əlavə, fəaliyyətə başladıqdan sonra altı il ərzində illik elektrik tələbatının ən azı 80 faizini yeni və dövlət subsidiyası almayan bərpa olunan enerji layihələri hesabına təmin etmələri tələb olunur.
Mütəxəssislər bildirirlər ki, bu problem yalnız İrlandiya ilə məhdudlaşmır. Araşdırmalara görə, qlobal məlumat mərkəzlərinin elektrik istehlakı bu il 26 faiz artacaq.
Elektrik istehlakı ilə yanaşı, su istifadəsi və səs-küy də müzakirə mövzusu olaraq qalır. ABŞ-də aparılan sorğular göstərib ki, əhalinin təxminən 70 faizi yaşadığı əraziyə yaxın məlumat mərkəzinin tikilməsini istəmir. Bu etirazlar nəticəsində 2026-cı ilin birinci rübündə ABŞ-də 75-dən çox məlumat mərkəzi layihəsi ləğv edilib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərişıq" 6,4 milyon manatlıq tender elan edib
14.07.2026Süni intellekt üçün enerji xərcləri artır - İrlandiyada rekord istehlak
14.07.202678 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib
14.07.2026"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026