Redaktor
Rəhbərlik işçilərin uğurlarını deyil, AI-ın rolunu ön plana çıxarır
Süni intellektdən (AI) istifadə şirkətlərdə məhsuldarlığı artırsa da, işçilər üçün gözlənilməz problem yaradıb. Bir çox əməkdaş bildirir ki, rəhbərlik onların uğurlarını deyil, süni intellekt alətlərini ön plana çıxarır. Nəticədə isə işçilər daha aşağı performans qiymətləndirməsi alır, maaş artımı və vəzifə yüksəlişi gecikir.
Valyuta.az xəbər verir ki, Nyu-Yorkda səhiyyə analitiki kimi çalışan Obri (Aubrey) bu ilin əvvəlində istehsal prosesini sürətləndirən yeni layihə hazırlayıb. O, layihədə süni intellektdən yalnız məhdud şəkildə istifadə etsə də, rəhbəri təqdimatda əsas uğurun AI-a məxsus kimi görüb.
Obri bildirib ki, layihə üzərində bir ildən çox çalışmasına baxmayaraq, rəhbəri bütün bu zəhmətin süni intellektin hesabına başa gəldiyini vurğulayıb. Bir neçə həftə sonra isə o, gözlədiyindən aşağı illik qiymətləndirmə alıb. Sonradan rəhbəri həmin hadisənin qərara təsir etdiyini etiraf edib.
Bənzər vəziyyət Hindistanda fəaliyyət göstərən "Fortune 500" siyahısında yer alan texnologiya şirkətlərindən birinin proqramçısı Dipakın (Deepak) da başına gəlib. O bildirib ki, kod yazarkən istifadə etdiyi AI alətlərini şəffaflıq naminə qeyd etsə də, rəhbərlik zamanla onun uğurlarını yalnız süni intellektlə əlaqələndirməyə başlayıb. Onun fikrincə, bu yanaşma gözlədiyi vəzifə artımının gecikməsinə səbəb olub.
AI-dan istifadəni açıqlamaq işçinin dəyərini azaldır
Şimali-Şərq Universitetinin (Northeastern University) professoru Kristof Ridlin (Christoph Riedl) rəhbərliyi ilə aparılan meta-analiz də bu narahatlığı təsdiqləyir.
13 fərqli tədqiqatın nəticələrinə əsasən, rəhbərlər əməkdaşların AI-dan istifadə etdiyini öyrəndikdə, onların layihəyə verdiyi real töhfəni daha aşağı qiymətləndirirlər. Əksər hallarda rəhbərlər əsas işi süni intellektin gördüyünü düşünürlər.
Professorun sözlərinə görə, bu "AI cəriməsi"ndən yayınmağın yollarından biri işçinin layihədə hansı hissələri özü icra etdiyini dəqiq şəkildə izah etməsidir.
Məqalədə qeyd olunur ki, artıq bir çox şirkət əməkdaşların AI alətlərindən istifadəsini xüsusi göstəricilər – "token" statistikası vasitəsilə izləyir. Bu üsul işçinin çatbotdan nə qədər istifadə etdiyini göstərsə də, süni intellektin layihəyə real töhfəsini müəyyənləşdirmir.
Bu səbəbdən bəzi şirkətlər yeni yanaşmalar tətbiq etməyə başlayıb. Məsələn, "IBM" süni intellektlə insan əməyinin payını ayrıca göstərən "AI Attribution Toolkit" adlı alət hazırlayıb. Sistem AI-nın hansı hissəni yaratdığını, hansı məqamların insan tərəfindən yoxlanıldığını və yekun nəticədə insanın rolunu ayrıca göstərməyə imkan verir.
"Tərif AI-a, məsuliyyət işçiyə qalır"
Məqalədə vurğulanır ki, işçiləri narahat edən əsas məqamlardan biri də "AI" səhv etdikdə məsuliyyətin yenə onların üzərində qalmasıdır.
Dipak bildirib ki, uğurlu nəticələr süni intellektin adına yazılır, lakin AI-ın buraxdığı səhvlərə görə cavabdeh yenə də əməkdaş olur.
Mütəxəssislər hesab edirlər ki, şirkətlər əməkdaşların "AI" bacarıqlarını cəzalandırmaq əvəzinə, bunu inkişaf etdirilməsi vacib olan peşəkar kompetensiya kimi qiymətləndirməlidirlər. Əks halda, işçilər ya süni intellektdən istifadəni gizlədəcək, ya da ondan ümumiyyətlə yararlanmaqdan çəkinəcəklər.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet 20 ildən sonra ilk dəfə qeyts fonduna ianə vermədi: 6 milyard dollar ailə fondlarına getdi
15.07.2026Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?
15.07.2026Süni intellekt düşünür, bəs rəhbərlər nə edir?
15.07.2026Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı
15.07.2026Birbank Invest: investisiyaya aparan rəqəmsal yol ®
15.07.2026ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi
15.07.2026"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi
15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026