Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir

Redaktor

07.07.2026 13:20
32

Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir

Qocalma prosesini ləngitmək ideyası yeni olmasa da, bu sahəyə yanaşma son illərdə köklü şəkildə dəyişib. Əvvəllər əsasən kosmetik məhsullar və əlavələrlə tanınan anti-aging (yaşlanma əleyhinə) bazarı artıq süni intellekt, gen terapiyası və hüceyrə yenilənməsi texnologiyalarına əsaslanan innovativ həllərlə sürətlə inkişaf edir.

Valyuta.az xəbər verir ki, qlobal anti-aging bazarının həcmi 2025-ci ildə 85 milyard dolları ötüb. Proqnozlara əsasən isə bu göstəricinin 2030-cu ilə qədər 120 milyard dollara yaxınlaşacağı gözlənilir. Artıq məqsəd sadəcə daha uzun yaşamaq deyil, həm də insanların sağlam ömür müddətini artırmaq, yaşlanma ilə bağlı xəstəliklərin qarşısını almaq və həyat keyfiyyətini yüksəltməkdir.

Sahə üzrə mütəxəssislər hesab edirlər ki, 2026-cı il uzunömürlülük texnologiyaları üçün dönüş nöqtəsi olacaq. Onların fikrincə, investorlar və istehlakçılar artıq yalnız vədlərə deyil, elmi sübutlara və real nəticələrə üstünlük verirlər. Bu səbəbdən klinik baxımdan effektiv həllər təqdim edən şirkətlərin bazarda daha sürətlə böyüməsi gözlənilir.

Araşdırmada 2026-cı ildə diqqət mərkəzində olması gözlənilən 9 perspektivli startap seçilib:

Altos Labs - 2022-ci ildə yaradılıb, Kaliforniyada yerləşir. Şirkət hüceyrələrin cavanlaşdırılması və epigenetik proqramlaşdırma sahəsində araşdırmalar aparır. 2022-ci ildə 3 milyard dollarlıq maliyyə öhdəliyi alıb. İnvestorları arasında "Amazon"un qurucusu Ceff Bezos, Yuri Milner və ARCH Venture Partners yer alır. 2025-ci ildə hüceyrələrin daha gənc vəziyyətə qaytarılması ilə bağlı araşdırmalarını "Cell" jurnalında dərc edib.

Retro Biosciences - 2021-ci ildə yaradılan şirkət sağlam ömrü 10 il uzatmağı qarşısına məqsəd qoyub. "OpenAI"nin həmtəsisçisi Sem Altman tərəfindən ilkin mərhələdə 180 milyon dollar investisiya alıb və hazırda 1 milyard dollarlıq maliyyələşmə raundunda iştirak edir. Şirkət Alzheimer xəstəliyinə qarşı yeni preparat üzərində işləyir və süni intellektdən istifadə edərək hüceyrələrin yenilənməsi texnologiyalarını inkişaf etdirir.

Junevity - 2023-cü ildə Kaliforniya Universitetinin San-Fransisko kampusunun (UCSF) tədqiqatlarından yaranıb. 2025-ci ildə 10 milyon dollarlıq investisiya cəlb edib. Şirkətin RESET platforması süni intellekt və geniş insan məlumat bazalarından istifadə edərək 2-ci tip diabet, piylənmə və yaşlanma ilə bağlı zəiflik hallarına qarşı siRNA əsaslı terapiyalar hazırlayır. Heyvanlar üzərində aparılan sınaqlarda diabet və piylənmə ilə bağlı müsbət nəticələr əldə olunub.

YouthBio Therapeutics - epigenetik yenilənmə texnologiyası əsasında Alzheimer xəstəliyinə qarşı gen terapiyası hazırlayır. 2025-ci ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) şirkətin ilkin tədqiqat nəticələrini müsbət qiymətləndirib və ilk insanlar üzərində klinik sınaqlara hazırlıq işlərinə dəstək verib.

Gero - süni intellektdən istifadə etməklə yaşlanmanın əsas səbəblərini müəyyənləşdirən dərman hədəfləri hazırlayır. Şirkət 2025-ci ildə Yaponiyanın "Chugai Pharmaceutical" şirkəti ilə əməkdaşlığa başlayıb. Razılaşmaya əsasən, uğurlu nəticələr əldə ediləcəyi halda Gero 250 milyon dollara qədər ödəniş və royalti gəlirləri əldə edə bilər.

Turn Biotechnologies - Stanford Universitetinin alimləri tərəfindən yaradılıb. Şirkət mRNT əsaslı epigenetik terapiyalar hazırlayır. 2023-cü ildə 29,1 milyon dollar investisiya cəlb edib və 2026-cı ildə dərinin cavanlaşdırılması üzrə ilk klinik sınaqlara başlamağı planlaşdırır.

Rubedo Life Sciences - qocalmış hüceyrələri selektiv şəkildə məhv edən preparatlar hazırlayır. Şirkət 2024-cü ildə 40 milyon dollarlıq investisiya alıb. Onun əsas dərman namizədlərindən biri 2025-ci ildə FDA-dan klinik sınaqlar üçün icazə alıb.

Cambrian Bio - yaşlanmanın bioloji səbəblərinə qarşı müxtəlif preparatlar hazırlayan klinik mərhələdə olan biotexnologiya şirkətidir. Bu günə qədər 211 milyon dollar investisiya cəlb edib və portfelində maddələr mübadiləsi, autoimmun və digər yaşla bağlı xəstəliklər üçün layihələr var.

Life Biosciences - Harvard Universitetinin professoru Devid Sinklerin həmtəsis etdiyi şirkət epigenetik yenilənmə texnologiyaları üzərində işləyir. 2022-ci ildə 82 milyon dollarlıq investisiya alıb və 2026-cı ilin əvvəlində insanlarda ilk klinik sınaqlara başlamağı planlaşdırır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX" üçün milyardlarla dollarlıq passiv səhm alışı gözlənilir

07.07.2026

"Microsoft" 4 800 əməkdaşını işdən çıxarır

07.07.2026

Trampın adını daşıyan kriptovalyuta investorları məyus etdi

07.07.2026

Tibb müəssisələrinin ehtiyatları üçün 12,4 milyon manatlıq dərman alınacaq

07.07.2026

Startaplar üçün vergi güzəştləri tətbiq olunacaq

07.07.2026

Ölkədə dövriyyədə olan nağd pullar 2,7 mlrd. manat artıb

07.07.2026

Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir

07.07.2026

Azərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR

07.07.2026

İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək

07.07.2026

"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb

07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

07.07.2026

Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?

07.07.2026

"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?

Bank kreditini başqa şirkətə sata bilərmi?

07.07.2026

Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO

07.07.2026

Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"

07.07.2026

Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb

07.07.2026
Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?

07.07.2026

Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi

07.07.2026

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

06.07.2026

Məzənnə

Yüklənir...