Redaktor
Trampın adını daşıyan kriptovalyuta investorları məyus etdi
Donald Trampın adı ilə bazara çıxarılan "$TRUMP" memkoin layihəsində təxminən 989 min investor maliyyə zərəri ilə üzləşib.
Valyuta.az xəbər verir ki, investorların böyük əksəriyyəti vəsaitlərinin dəyərdən düşdüyünü görərkən, Prezident Donald Tramp bu layihədən əldə etdiyi gəlirin 600 milyon dolları ötdüyünü bəyan edib.
"Nansen" kriptoanalitika platformasının son hesabatına görə, Donald Trampın adı ilə bazara təqdim olunan "$TRUMP" memkoin layihəsi investorlar üçün ciddi maliyyə itkiləri ilə nəticələnib. Blokçeyn məlumatlarını təhlil edən mütəxəssislərin hesablamalarına əsasən, iyunun sonuna olan vəziyyətə görə təxminən 989 min nəfər bu rəqəmsal aktivə yatırdığı vəsaitə görə ciddi zərər çəkib. Bu isə o deməkdir ki, "$TRUMP" tokenini saxlayan hər üç investordan ikisi maliyyə itkisi ilə üzləşib.
Layihənin ilk təqdim olunduğu dövrdə bazarda böyük gözləntilər mövcud idi. "$TRUMP" tokeni ən yüksək həddə çatdığı vaxt 75,35 ABŞ dollarından alınıb-satılırdı və investorlar arasında böyük maraq doğurmuşdu.
Lakin vəziyyət qısa müddətdə dəyişib. Bazar günü tokenin qiyməti 1,69 ABŞ dollarına qədər geriləyib. Beləliklə, kriptovalyuta tarixi maksimum göstəricisi ilə müqayisədə təxminən 98 faiz dəyər itirib.
Donald Tramp öz adını daşıyan bu layihəni 2025-ci ildə keçirilən andiçmə mərasimindən az əvvəl elan etmişdi.
Oxşar vəziyyət Tramp və oğullarının təşəbbüsü olan "World Liberty Financial" platformasının "$WLFI" tokenində də müşahidə olunur. Həmin rəqəmsal aktiv də bazarda ciddi dəyər itkisi yaşayır.
İnvestorların ümumilikdə 3,8 milyard ABŞ dolları həcmində zərərlə üzləşdiyi bildirilir. Buna baxmayaraq, Prezident Donald Trampın maliyyə hesabatlarında fərqli mənzərə əks olunub.
Tramp son maliyyə bəyannaməsində "$TRUMP" memkoin layihəsindən 636 milyon ABŞ dolları gəlir əldə etdiyini bəyan edib. Məlumata görə, o, ötən il kriptovalyuta bazarından ümumilikdə 1,4 milyard ABŞ dolları qazanıb və bu məbləğin əhəmiyyətli hissəsi məhz bu layihənin payına düşür.
Tramp administrasiyası dövründə ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) bu tip memkoin layihələrinin qiymətli kağızlar haqqında qanunvericiliyin tənzimləmə dairəsinə daxil edilməyəcəyini açıqlayıb. Bundan əlavə, kriptovalyuta şirkətlərinə qarşı açılmış bəzi məhkəmə işlərinin də səssiz şəkildə bağlandığı bildirilir.
Ağ Ev isə açıqlamalarında Donald Trampın ABŞ-ni qlobal kriptovalyuta və rəqəmsal aktivlər mərkəzinə çevirmək niyyətini dəfələrlə vurğulayıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb - MƏBLƏĞ
07.07.2026Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
07.07.2026"SpaceX" üçün milyardlarla dollarlıq passiv səhm alışı gözlənilir
07.07.2026"Microsoft" 4 800 əməkdaşını işdən çıxarır
07.07.2026Trampın adını daşıyan kriptovalyuta investorları məyus etdi
07.07.2026Tibb müəssisələrinin ehtiyatları üçün 12,4 milyon manatlıq dərman alınacaq
07.07.2026Startaplar üçün vergi güzəştləri tətbiq olunacaq
07.07.2026Ölkədə dövriyyədə olan nağd pullar 2,7 mlrd. manat artıb
07.07.2026Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir
07.07.2026Azərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR
07.07.2026İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək
07.07.2026"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb
07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi
07.07.2026Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?
07.07.2026"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı
07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?
07.07.2026Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO
07.07.2026Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
07.07.2026Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb
07.07.2026