Redaktor
Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
Milli Məclis frilanserlərin və "rəqəmsal səyyahlar" vergiyə cəlb edilməsi ilə bağlı düzəlişləri birinci oxunuşda qəbul edib
Valyuta.az-ın məlumatına görə, Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə ilə qanunvericiliyə "frilanser" və "rəqəmsal səyyahlar" anlayışları daxil edilir.
Sənədə əsasən, frilanser kimi sənaye və ya texnologiya parkının rezidenti olan, muzdlu işçilər cəlb etmədən müstəqil şəkildə pullu əsaslarla rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt, kibertəhlükəsizlik və innovasiyalar sahəsində mülki-hüquqi müqavilə əsasında xidmət göstərən və ya iş görən fiziki şəxs tanınır. Rəqəmsal səyyahlar dedikdə isə göstərilən sahələrdə distant formada fəaliyyət göstərən və xarici mənbələrdən gəlir əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür.
Vergi orqanında uçota alındıqdan, sənaye və ya texnologiya parkının rezidenti kimi qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsi aldıqdan sonra frilanserlər və rəqəmsal köçərilər ölkə ərazisində fəaliyyət göstərə və vergi güzəştlərindən yararlana biləcəklər.
Qeyd edək ki, güzəştlərin tətbiqi üçün şərt ixrac edilmiş xidmətlərə görə əldə edilmiş vəsaitlərin Azərbaycan banklarındakı hesablara məcburi köçürülməsidir. Eyni zamanda, Azərbaycandan distant formada xarici şirkətlər-qeyri-rezidentlərlə müqavilə əsasında işləyən şəxslər bu şirkətlər üçün ölkədə daimi nümayəndəlik yaratmırlar.
Qanun layihəsi həmçinin rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində xidmət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərinin vergidən azad edilməsini nəzərdə tutur. Bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin dividendləri 20 il müddətinə vergidən azad edilir.
Xatırladaq ki, düzəlişlər paketi həmçinin Miqrasiya Məcəlləsinə, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlara da toxunur. Göstərilən sahələrdə çalışan yüksəkixtisaslı miqrantların, habelə bu istiqamətlərdə işləmək üçün xaricdən qayıdan ölkə vətəndaşlarının gəlirləri 0 faiz dərəcəsi ilə vergiyə cəlb ediləcək. Akkreditasiyadan keçmiş investorlar üçün vençur fondlarına və startaplara nağdsız investisiyaların məbləğinin 100%-nin vergitutma bazasından çıxılması nəzərdə tutulur.
Azadə Ağayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir
07.07.2026
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
07.07.2026Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub ®
07.07.2026
"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb - MƏBLƏĞ
07.07.2026Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
07.07.2026"SpaceX" üçün milyardlarla dollarlıq passiv səhm alışı gözlənilir
07.07.2026"Microsoft" 4 800 əməkdaşını işdən çıxarır
07.07.2026Trampın adını daşıyan kriptovalyuta investorları məyus etdi
07.07.2026Tibb müəssisələrinin ehtiyatları üçün 12,4 milyon manatlıq dərman alınacaq
07.07.2026Startaplar üçün vergi güzəştləri tətbiq olunacaq
07.07.2026Ölkədə dövriyyədə olan nağd pullar 2,7 mlrd. manat artıb
07.07.2026Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir
07.07.2026Azərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR
07.07.2026İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək
07.07.2026"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb
07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi
07.07.2026Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?
07.07.2026"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı
07.07.2026