"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb

Redaktor

07.07.2026 15:39
69

"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb - MƏBLƏĞ

"Expressbank"ın 2025-ci il üzrə maliyyə hesabatı bankın əsas idarəedici heyətinə ödənişlərin artdığını göstərir.

Valyuta.az xəbər verir ki, 2025-ci ildə əsas idarəedici heyətə ödənilən əməkhaqqı və qısamüddətli ödənişlərin həcmi 1 milyon 983 min manat təşkil edib.

Bu göstərici 2024-cü ildəki 1 milyon 444 min manat ilə müqayisədə 539 min manat və ya 37,3% artıb.

Rəhbər heyət üzrə sosial sığorta xərcləri də yüksəlib. Belə ki, bu xərc 2024-cü ildəki 244 min manatdan 2025-ci ildə 304 min manata çatıb. Bu da 60 min manat və ya 24,6% artım deməkdir.

Nəticədə, əsas idarəedici heyətə edilən ümumi ödənişlər 2025-ci ildə 2 milyon 287 min manat olub. Bu, əvvəlki illə müqayisədə 599 min manat və ya 35,5% çoxdur. 2024-cü ildə bu göstərici 1 milyon 688 min manat olub.

Hesabata əsasən, 31 dekabr 2025-ci il tarixinə bankın əsas idarəedici heyəti 9 nəfərdən ibarət olub. Əsas idarəedici heyətə Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri daxildir.

İdarə Heyətinə sədr Mehman Məmmədov, İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı Rüfət Mürşüdlü, həmçinin İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Fuad Muradəliyev daxildir.

 Müşahidə Şurasında sədr Əfqan Cavadov, üzvlər Samirə Qəhrəmanova və müstəqil üzv Fuad Məmmədov təmsil olunur. Audit Komitəsinin sədri Fuad Məmmədov, müstəqil kənar üzvləri isə Rüfət Nağıyev və Esmira Məmmədovadır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir

07.07.2026
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

07.07.2026

Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub ®

07.07.2026
"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb

"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb - MƏBLƏĞ

07.07.2026

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

07.07.2026

"SpaceX" üçün milyardlarla dollarlıq passiv səhm alışı gözlənilir

07.07.2026

"Microsoft" 4 800 əməkdaşını işdən çıxarır

07.07.2026

Trampın adını daşıyan kriptovalyuta investorları məyus etdi

07.07.2026

Tibb müəssisələrinin ehtiyatları üçün 12,4 milyon manatlıq dərman alınacaq

07.07.2026

Startaplar üçün vergi güzəştləri tətbiq olunacaq

07.07.2026

Ölkədə dövriyyədə olan nağd pullar 2,7 mlrd. manat artıb

07.07.2026

Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir

07.07.2026

Azərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR

07.07.2026

İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək

07.07.2026

"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb

07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi

07.07.2026

Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?

07.07.2026

"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı

07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?

Bank kreditini başqa şirkətə sata bilərmi?

07.07.2026

Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO

07.07.2026

Məzənnə

Yüklənir...