Startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır?

Redaktor

01.07.2026 15:30
179

Startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır? - Marketoloq

Son illər startapların sayı artsa da, onların bazarda tanınması, hədəf auditoriyasına çatması və müştəri qazanması əsas çağırışlardan biri olaraq qalır. Xüsusilə məhdud büdcə ilə fəaliyyət göstərən startaplar üçün düzgün marketinq strategiyasının seçilməsi böyük əhəmiyyət daşıyır.

Bəs bu halda startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirib ki, startaplar üçün vahid və universal marketinq strategiyası yoxdur. Çünki hər bir layihənin büdcəsi, hədəf auditoriyası və məhsulu fərqlidir:

"Startapların ən böyük səhvi böyük brendlər kimi davranmağa çalışmaları və büdcələrini ilk aylardan kütləvi reklamlara xərcləmələridir. Məncə, startap marketinqinin əsas prinsipi çevik (Lean) və data yönümlü yanaşma olmalıdır. Uğurlu başlanğıc üçün qeyd etdiyim addımlar effektiv nəticələr verir".

Samir Mehdiyev bildirib ki, uğurlu startap marketinqi üçün ilk növbədə “məhsul–bazar uyğunluğunu (Product-Market Fit) təmin etmək” lazımdır:

"Marketinqə vəsait ayırmazdan əvvəl məhsulun bazarda həqiqətən tələbat yaratdığına əmin olmaq vacibdir. Bunun üçün əvvəlcə hədəf müştərinin problemi müəyyənləşdirilməli, daha sonra həmin problemə uyğun həll hazırlanmalıdır".

Ekspert qeyd edir ki, növbəti mərhələdə “minimum həyat qabiliyyətli məhsulla (MVP – Minimum Viable Product) bazarı test etmək” lazımdır. İlk istifadəçilərin rəyləri (feedback) əsasında məhsul davamlı şəkildə təkmilləşdirilməlidir. Onun fikrincə, məhsul real problemi həll etmirsə, heç bir marketinq strategiyası uğur gətirməyəcək.

"Startaplar üçün “mikro və nano-influenserlərlə əməkdaşlığa üstünlük vermək” daha məqsədəuyğundur. Böyük blogerlərə yüksək büdcə ayırmaq əksər hallarda səmərəli olmur. Əvəzində, fəaliyyət sahəsi ilə birbaşa əlaqəli, 2 000–10 000 izləyicisi olan influenserlərlə əməkdaşlıq daha yüksək nəticə verə bilər. İlkin mərhələdə barter modeli, məhsul və ya xidmətdən pulsuz istifadə imkanı, yaxud ortaq komissiya (affiliate) sistemi də tətbiq oluna bilər"- deyə S.Mehdiyev bildirib.

Ekspertin fikrincə , startaplar “Growth Hacking və partizan marketinqindən istifadə etməyə” də üstünlük verməlidirlər:

"Məhdud resurslar şəraitində yaradıcı və aşağı büdcəli həllər daha effektiv nəticə verir. Bu baxımdan, istifadəçilərin dostlarını dəvət etməsi qarşılığında hər iki tərəfin fayda əldə etdiyi mexanizmlərin qurulması, eləcə də sosial mediada gündəmdə olan mövzulardan (real-time marketing) yaradıcı şəkildə istifadə edilməsi minimum büdcə ilə maksimum diqqət cəlb etməyə imkan yaradır".

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qadınların danışıq bacarıqları biznesdə üstünlük yaradır - ARAŞDIRMA

01.07.2026

ABŞ "Anthropic"in "Fable" və "Mythos" modellərinə tətbiq etdiyi məhdudiyyətləri ləğv edib

01.07.2026

Startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır? - Marketoloq

01.07.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL

01.07.2026

Maşınımızı başqası idarə edərsə, qəza olsa, KASKO ödənişi edilirmi?

01.07.2026

Rəsmi sənədlər açıqlandı: Tramp ailəsi kriptovalyutadan nə qədər qazanıb?

01.07.2026

Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda ®

01.07.2026

"Aqrar Sığorta"nın ödəniş əmsalı 37,67 manatdan 2,68 manata enib

01.07.2026

Orta sahibkarlığa verilən kreditlər 400 milyon manatdan çox artıb

01.07.2026

8,5 milyardlıq startap əməkdaşlarına səhmlərini satmağa icazə verdi

01.07.2026

"Azərsun Holdinq"in gəlirləri 1,87 milyard manatı ötüb

01.07.2026

"MGX" şirkəti tarixdə ən böyük süni intellekt fondlarından biri üçün 49 milyard dollar cəlb edib

01.07.2026

Məşhur restoran 1,8 milyon manata satışa çıxarıldı

01.07.2026

"Google"dan iki yeni süni intellekt modeli: 4 saniyədə görüntü yaradır

01.07.2026

Xalis daxili aktivlər 2,8 milyard manat artıb

01.07.2026

İnternetin atası Vinton Serf təqaüdə çıxır

01.07.2026

"BlackRock", "Visa" və "Coinbase" birləşdi - Yeni sabit kriptovalyuta hazırlanır

01.07.2026
Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?

Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?

01.07.2026

Bu gündən Bakı kartın satış qiyməti artırılır

01.07.2026

İlin ilk yarısında rusiyalı milyarderlər 4,8 milyard dollar qazanıblar

01.07.2026

Məzənnə

Yüklənir...