Redaktor
Maşınımızı başqası idarə edərsə, qəza olsa, KASKO ödənişi edilirmi?
Bəzən ən sevimli əmlaklarımızdan biri olan avtomobilimizi sevdiklərimizə əmanət edirik. Lakin bəzən xoşagəlməz hadisələr də baş verir. Məsələn, avtomobili başqa şəxs idarə edərkən yol-nəqliyyat hadisəsi baş verə bilər. Belə hallarda isə sığorta şərtləri və qanunvericilik ön plana çıxır. Bəs kasko sığortası olan avtomobili sığorta müqaviləsində göstərilməyən şəxs idarə edərsə və qəza baş verərsə, sığorta ödənişi edilirmi?

Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov Valyuta.az-a bildirib ki, kasko sığortası üzrə ödəniş yalnız avtomobili sığorta müqaviləsində adı göstərilən şəxslər idarə edərkən baş vermiş hadisələrə görə həyata keçirilir: "Avtomobili müqavilədə adı qeyd olunmayan şəxs idarə edərsə və bu zaman yol-nəqliyyat hadisəsi baş verərsə, dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmır".
Ekspert bildirib ki, avtomobilin sərxoş vəziyyətdə və ya narkotik vasitələrin təsiri altında idarə olunması nəticəsində baş verən hadisələr də sığorta ödənişindən imtina üçün əsas hesab olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQadınların danışıq bacarıqları biznesdə üstünlük yaradır - ARAŞDIRMA
01.07.2026ABŞ "Anthropic"in "Fable" və "Mythos" modellərinə tətbiq etdiyi məhdudiyyətləri ləğv edib
01.07.2026Startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır? - Marketoloq
01.07.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
01.07.2026Maşınımızı başqası idarə edərsə, qəza olsa, KASKO ödənişi edilirmi?
01.07.2026Rəsmi sənədlər açıqlandı: Tramp ailəsi kriptovalyutadan nə qədər qazanıb?
01.07.2026Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda ®
01.07.2026"Aqrar Sığorta"nın ödəniş əmsalı 37,67 manatdan 2,68 manata enib
01.07.2026Orta sahibkarlığa verilən kreditlər 400 milyon manatdan çox artıb
01.07.20268,5 milyardlıq startap əməkdaşlarına səhmlərini satmağa icazə verdi
01.07.2026"Azərsun Holdinq"in gəlirləri 1,87 milyard manatı ötüb
01.07.2026"MGX" şirkəti tarixdə ən böyük süni intellekt fondlarından biri üçün 49 milyard dollar cəlb edib
01.07.2026Məşhur restoran 1,8 milyon manata satışa çıxarıldı
01.07.2026"Google"dan iki yeni süni intellekt modeli: 4 saniyədə görüntü yaradır
01.07.2026Xalis daxili aktivlər 2,8 milyard manat artıb
01.07.2026İnternetin atası Vinton Serf təqaüdə çıxır
01.07.2026"BlackRock", "Visa" və "Coinbase" birləşdi - Yeni sabit kriptovalyuta hazırlanır
01.07.2026