İlin ilk yarısında rusiyalı milyarderlər 4,8 milyard dollar qazanıblar

Redaktor

01.07.2026 10:25
44

İlin ilk yarısında rusiyalı milyarderlər 4,8 milyard dollar qazanıblar

Rusiyalı milyarderlərin ümumi sərvəti 2026-cı ilin əvvəlindən etibarən 4,82 milyard dollar artıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in yenilənmiş məlumatında bildirilir.

Reytinqə əsasən, hesablamalar milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin bazar dəyəri və onlara məxsus payların qiymətindəki dəyişikliklər əsasında aparılıb. "Bloomberg Billionaires Index"dünyanın ən varlı 500 nəfərini əhatə edir və hər gün yenilənir.

Ən böyük sərvət artımı "Severstal" şirkətinin əsas səhmdarı Aleksey Mordaşovda qeydə alınıb. Onun sərvəti ilin əvvəlindən 2,29 milyard dollar artaraq 28,6 milyard dollara çatıb.

Siyahıda növbəti yerdə "Novatek" şirkətinin rəhbəri Leonid Mixelson qərarlaşıb. Onun sərvəti 1,8 milyard dollar artaraq 25,5 milyard dollar olub.

"EuroChem" və SUEK şirkətlərinin təsisçisi Andrey Melniçenko 1,71 milyard dollar qazanaraq sərvətini 20,6 milyard dollara yüksəldib.

"Volga Group" şirkətinin rəhbəri Gennadi Timçenkonun sərvəti 1,15 milyard dollar artaraq 15,4 milyard dollara, UMMC-nin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 719 milyon dollar artaraq 8,6 milyard dollara çatıb.

Digər rusiyalı milyarderlər arasında da artım qeydə alınıb. Mixail Fridmanın sərvəti 588 milyon dollar artaraq 10,7 milyard dollara, Süleyman Kərimovun sərvəti 583 milyon dollar artaraq 11 milyard dollara yüksəlib. "Wildberries" şirkətinin təsisçisi Tatyana Kimin sərvəti isə 416 milyon dollar artaraq 8,3 milyard dollar olub.

Bununla yanaşı, bəzi milyarderlərin sərvətində azalma da müşahidə edilib.

Ən böyük itki Mixail Proxorovda qeydə alınıb. Onun sərvəti 5,46 milyard dollar azalaraq 11,1 milyard dollara düşüb.

Telegram-ın həmtəsisçisi Pavel Durovun sərvəti isə 2,21 milyard dollar azalaraq 12,2 milyard dollar təşkil edib. "Norilsk Nickel" şirkətinin prezidenti Vladimir Potanin də 1,08 milyard dollar itirərək sərvətini 25,3 milyard dollara endirib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnternetin atası Vinton Serf təqaüdə çıxır

01.07.2026

"BlackRock", "Visa" və "Coinbase" birləşdi - Yeni sabit kriptovalyuta hazırlanır

01.07.2026
Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?

Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?

01.07.2026

Bu gündən Bakı kartın satış qiyməti artırılır

01.07.2026

İlin ilk yarısında rusiyalı milyarderlər 4,8 milyard dollar qazanıblar

01.07.2026

"Tarqovu"da aylıq 5 min manat qazandıran obyekt satışa çıxarıldı

01.07.2026

Azərbaycana rahat gələcəklər - Viza ləğv edilir

01.07.2026

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

01.07.2026

Bank əmanətlərinin ən böyük həcmi 5 regionun payına düşüb - CƏDVƏL

01.07.2026
Banklar "myGov" vasitəsilə vətəndaşların məşğulluq məlumatlarını niyə sorğulayır?

Banklar "myGov" vasitəsilə vətəndaşların məşğulluq məlumatlarını niyə sorğulayır?

01.07.2026

8 dostun hazırladığı kart oyunu necə milyonlarla dollarlıq biznes oldu?

01.07.2026

Asiyanın ikinci valyutası 40 ilin ən aşağı səviyyəsinə düşdü

30.06.2026

Göy üzündə yeni "savaş": "Rocket Lab" "Iridium"u satın alır

30.06.2026

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

Məzənnə

Yüklənir...