Redaktor
Azərbaycana rahat gələcəklər - Viza ləğv edilir
Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Bu barədə Valyuta.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub.
Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.
Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnternetin atası Vinton Serf təqaüdə çıxır
01.07.2026"BlackRock", "Visa" və "Coinbase" birləşdi - Yeni sabit kriptovalyuta hazırlanır
01.07.2026
Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?
01.07.2026Bu gündən Bakı kartın satış qiyməti artırılır
01.07.2026İlin ilk yarısında rusiyalı milyarderlər 4,8 milyard dollar qazanıblar
01.07.2026"Tarqovu"da aylıq 5 min manat qazandıran obyekt satışa çıxarıldı
01.07.2026Azərbaycana rahat gələcəklər - Viza ləğv edilir
01.07.2026Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
01.07.2026Bank əmanətlərinin ən böyük həcmi 5 regionun payına düşüb - CƏDVƏL
01.07.2026