Al köməkçiləri yeni başlayanların proqramlaşdırmanı mənimsəməsinə mane ola bilər

Redaktor

14.07.2026 22:46
36

Al köməkçiləri yeni başlayanların proqramlaşdırmanı mənimsəməsinə mane ola bilər

Süni intellekt (Al) köməkçilərindən istifadə proqramlaşdırmanı öyrənən yeni başlayanların əsas bacarıqları formalaşdırmasına mənfi təsir göstərə bilər. 

Valyuta.az xəbər verir ki, bu nəticəyə “Anthropic” şirkətinin 52 yeni başlayan proqramçının iştirakı ilə apardığı araşdırma zamanı gəlinib. Bu barədə “The Next Web” (TNW) məlumat yayıb.

Tədqiqatçılar bu fenomeni “never-skilling” termini ilə izah edirlər. Bu, istifadəçinin işin əsas mərhələlərini mütəmadi olaraq süni intellektə həvalə etdiyi üçün peşəkar bacarıqları tam şəkildə formalaşdıra bilmədiyi vəziyyətdir.

Təcrübə zamanı iştirakçılar iki qrupa bölünüb. Qruplardan birinə süni intellekt köməkçisindən istifadə imkanı verilib. Daha sonra hər iki qrup əvvəllər işləmədikləri “Python” proqramlaşdırma dili üçün nəzərdə tutulmuş “Trio” kitabxanasını öyrənmək və tətbiq etmək tapşırığını yerinə yetirib.

Tapşırıq başa çatdıqdan sonra iştirakçıların texnologiyanı nə dərəcədə mənimsədiyi yoxlanılıb. Süni intellekt köməkçisindən istifadə edənlər sualların orta hesabla 50 faizinə düzgün cavab veriblər. Köməkçidən istifadə etməyən iştirakçıların nəticəsi isə 67 faiz olub.

Bununla yanaşı, süni intellekt tapşırığın yerinə yetirilmə sürətinə də ciddi təsir göstərməyib. Köməkçidən istifadə edənlər işi orta hesabla iki dəqiqə daha tez başa vursalar da, tədqiqatçılar bu fərqi statistik baxımdan əhəmiyyətli hesab etmirlər.

Ən böyük fərq proqram kodunun sazlanması (debugging) mərhələsində müşahidə olunub. Süni intellektsiz çalışan iştirakçılar daha çox səhvlə qarşılaşıb və problemlərin səbəbini özləri araşdırıblar ki, bu da proqramlaşdırmanın öyrənilməsinin vacib hissəsi sayılır. Süni intellekt köməkçisindən istifadə edənlər isə əksər hallarda hazır düzəlişlər alaraq səhvlərin təhlili mərhələsini ötürüblər.

Tədqiqat müəllifləri bildirirlər ki, problem süni intellektin özündə deyil, ondan istifadə üsulundadır. Ən yüksək nəticə göstərən iştirakçılar kodun necə işlədiyini izah etməsini xahiş edir və sistemi öyrənmə vasitəsi kimi istifadə edirdilər. Daha zəif nəticə göstərənlər isə tapşırıqları tamamilə köməkçiyə həvalə edir və ya ondan yalnız səhvləri düzəltmək üçün istifadə edirdilər.

Alimlər həmçinin “mis-skilling” adlandırdıqları başqa bir riski də vurğulayırlar. Bu, istifadəçinin süni intellektin səhvlərini tənqidi qiymətləndirmədən qəbul etməsi nəticəsində yanlış biliklər formalaşdırması deməkdir.

Araşdırma müəllifləri qeyd edirlər ki, tədqiqatın müəyyən məhdudiyyətləri var. Təcrübədə az sayda iştirakçı yer alıb, biliklər tapşırıqdan dərhal sonra qiymətləndirilib və müasir avtonom süni intellekt agentləri deyil, adi çat-bot sınaqdan keçirilib.

Tədqiqatçılar təhsildə süni intellektin mərhələli şəkildə tətbiqini tövsiyə edirlər. Onların fikrincə, əvvəlcə əsas bacarıqlar müstəqil şəkildə formalaşdırılmalı, daha sonra süni intellekt alətləri ilə işləmək öyrədilməli və yalnız bundan sonra həmin alətlər mentor nəzarəti altında peşə fəaliyyətində tətbiq edilməlidir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX" səhmlərinə 1000 dollar yatıran investorlar nə qədər qazandı?

14.07.2026

Al köməkçiləri yeni başlayanların proqramlaşdırmanı mənimsəməsinə mane ola bilər

14.07.2026

Çinin süni intellekt startapı 71 milyard dollar dəyərlə yeni investisiya raunduna hazırlaşır

14.07.2026

Agentlik kosmetika şirkətinin işi ilə bağlı qərar verdi

14.07.2026

"Google" nəhəng günəş elektrik stansiyasının bütün enerji istehsalını satın aldı

14.07.2026

"Azərişıq" 6,4 milyon manatlıq tender elan edib

14.07.2026

Süni intellekt üçün enerji xərcləri artır - İrlandiyada rekord istehlak

14.07.2026

78 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib

14.07.2026

"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır

14.07.2026

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Məzənnə

Yüklənir...