TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Redaktor

14.07.2026 11:32
148

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib ®

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb.

Müqavilələrə əsasən, Bank 3 il müddətinə “Incofin Climate-Smart Microfinance Fund” (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, “Incofin Microfinance Fund” (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər kiçik və orta biznesin, xüsusilə ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bu addım regionlarda fəaliyyət göstərən sahibkarların yerli valyutada maliyyə resurslarına çıxışını daha da genişləndirəcək və onları məzənnə risklərindən qoruyacaq.

Qeyd edək ki, sözügedən investisiya TuranBank-ın ölkəmizin dayanıqlı iqtisadi inkişaf strategiyasına dəstək istiqamətində atdığı növbəti uğurlu addımıdır.

Incofin İnvestisiya Fondu haqqında:

Incofin İnvestisiya Fondu inklüziv maliyyə, dayanıqlı qida və təmiz su sahələrində fəaliyyət göstərən müəssisələri dəstəkləyən aparıcı təsir investisiya fondunun meneceridir. 1 milyard ABŞ dollarından çox idarə olunan aktivlərə malik olan Incofin, Belçika, Kolumbiya, Keniya və Hindistanda fəaliyyət göstərən 90-dan çox peşəkardan ibarət təcrübəli komandaya sahibdir. Yarandığı gündən etibarən Incofin 5 milyard ABŞ dollarından artıq həcmdə borc və kapital investisiyaları həyata keçirərək 50-dən çox inkişaf etməkdə olan və sərhəd bazarında sahibkarların inkişafını dəstəkləyib. Maliyyə təcrübəsini ölçülə bilən sosial və ekoloji təsirlə birləşdirən Incofin, ən çox ehtiyac duyulan regionlarda dayanıqlı iqtisadi inkişafın təşviqinə və uzunmüddətli müsbət təsirin yaradılmasına töhfə verir.

Daha ətraflı məlumat üçün: www.incofin.com

TuranBank ASC haqqında:

TuranBank 1992-ci ildə təsis edilib və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank öz müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib.

Daha ətraflı məlumat üçün: www.turanbank.az

TuranBank
Bizimlə etibarlıdır…

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır

14.07.2026

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb

14.07.2026

Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

14.07.2026

"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq

14.07.2026

"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"

14.07.2026

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

14.07.2026
Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir?

Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir? – CƏDVƏL

14.07.2026

"AccessBank" mənfəət artımı açıqlayıb, faiz xərcləri 19% yüksəlib

14.07.2026

Məzənnə

Yüklənir...