Redaktor
“Netflix” məşhur aktyorun həmtəsisçisi olduğu startapı 587 milyon dollara satın alıb
“Netflix” aktyor və rejissor Ben Afflekin (Ben Affleck) həmtəsisçisi olduğu süni intellekt şirkəti “InterPositive”i 587 milyon dollara satın alıb.
Valyuta.az xəbər verir ki, şirkətin hazırladığı texnologiya film və serial istehsalında xərclərin azaldılmasına və istehsal prosesinin sürətləndirilməsinə imkan verir.
Bundan əvvəl “Netflix”in Ben Afflekin süni intellekt əsaslı film istehsalı şirkəti “InterPositive”i satın aldığı barədə məlumat verilmişdi. Lakin həmin vaxt sövdələşmənin maliyyə detalları ictimaiyyətə açıqlanmamışdı.
Beləliklə, razılaşmanın maliyyə həcmi ilk dəfə rəsmi şəkildə təsdiqlənib. “Bloomberg” daha əvvəl satınalmanın dəyərinin təxminən 600 milyon dollara çata biləcəyini bildirmişdi.
“InterPositive” film və serial istehsalında, xüsusilə post-prodakşn mərhələsində istifadə olunan süni intellekt alətləri hazırlayır. Şirkətin texnologiyası çəkilişlər başa çatdıqdan sonra çatışmayan səhnələrin yaradılması, fonların dəyişdirilməsi və işıqlandırma qüsurlarının aradan qaldırılması kimi prosesləri daha sürətli və daha aşağı xərclə həyata keçirməyə imkan yaradır.
Ben Afflek satınalma elan edilərkən verdiyi açıqlamada bildirib ki, hazırladıqları alətlərin əsas məqsədi insan yaradıcılığının gücünü qorumaqdır.
Onun sözlərinə görə, süni intellekt film yaradıcılarının yaradıcılıq qərarlarını əvəz etmək üçün deyil, istehsal prosesi zamanı yaranan texniki problemlərin həllinə dəstək vermək üçün nəzərdə tutulub.
Satınalma çərçivəsində “InterPositive”in bütün əməkdaşları “Netflix”in komandasına qoşulacaq.
Ben Afflek isə şirkətdə baş məsləhətçi vəzifəsini icra edəcək və süni intellekt dəstəkli məzmun istehsalı texnologiyalarının inkişafına töhfə verəcək.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
10 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
İki tələbənin sadə ideyası bu gün 1 milyondan çox istifadəçisi olan platformaya çevrildi
Devid Bekhemin startapı 1 milyard investisiya əldə edib
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"AliExpress" 629 milyon dollar cərimələndi
21.07.2026Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri
21.07.2026Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
21.07.2026"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər
21.07.2026Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu il 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026