Redaktor
Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
2026-cı il FIFA Dünya Kubokunun finalında ilk dəfə təşkil olunan fasilə şousunda səhnəyə çıxan dünya ulduzlarının nə qədər qonorar alması ilə bağlı maraqlı detallar açıqlanıb.
Valyuta.az xəbər verir ki, iyulun 19-da keçirilən İspaniya-Argentina finalında Şakira, Madonna, BTS və Castin Biber çıxış ediblər. Bu, Dünya Kuboku tarixində "Super Bowl" formatında təşkil olunan ilk fasilə şousu olub.
Məlumata görə, məşhur ifaçılar bu çıxışa görə ənənəvi qonorar almayıblar. Bildirilir ki, FIFA ABŞ-ın NFL çempionatının finalı olan "Super Bowl"un fasilə şousunda tətbiq edilən modeli seçib. Bu modelə əsasən, təşkilatçılar yalnız səhnə quruluşu, istehsal, texniki təminat və logistika xərclərini qarşılayır, ifaçılara isə ayrıca çıxış haqqı ödənilmir.
Məlumata görə, Şakira, Madonna, BTS və Castin Biber üçün əsas qazanc qlobal tanıtım olub. Dünyada yüz milyonlarla insanın izləyəcəyi şou sənətçilərin musiqilərinin dinlənmə sayını, albom satışlarını, sosial şəbəkələrdəki aktivliyini və digər kommersiya gəlirlərini artırıb.
Bundan əlavə, ifaçılara şouya hazırlıq və məşqlər zamanı simvolik məbləğdə ödəniş edildiyi bildirilir.
Qeyd olunur ki, bu yanaşma yeni deyil. Əvvəlki FIFA Dünya Kuboku mərasimlərində çıxış edən sənətçilər də ənənəvi qonorar almadan səhnəyə çıxmağa razılıq veriblər. Bunun əvəzində onlar turnirin yaratdığı qlobal auditoriya hesabına rəqəmsal platformalarda rekord dinlənmə və izlənmə artımı əldə ediblər.
Belə tədbirlərdən sonra musiqi platformalarında dinlənmə sayının, sosial media izləyicilərinin və kommersiya əməkdaşlıqlarının artması bir dəfəlik qonorarın dəyərini üstələyə bilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHibrid təyyarə sərnişin daşımalarında inqilab vəd edir: Tarixi hündürlüyə çatdı
21.07.2026"AliExpress" 629 milyon dollar cərimələndi
21.07.2026Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri
21.07.2026Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
21.07.2026"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər
21.07.2026Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu il 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026