Redaktor
Bu il 35 “Startap” şəhadətnaməsi verilib
“Startap” şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu sahələrini əhatə edir.
Valyuta.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub.
Müraciətlər müvafiq sənədin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası tərəfindən Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən qiymətləndirilib və 35 sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Şəhadətnamə almış sahibkarların 28-i hüquqi, 7-i fiziki şəxsdir. Onların 26-sı Bakı şəhərində, 9-u isə regionlarda fəaliyyət göstərir. Müvafiq sənədi almış sahibkarların 2-si qadındır.
“Startap” şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu, sənaye, turizm, biznes proseslərinin rəqəmsallaşdırılması kimi sahələrdə innovativ həlləri əhatə edir.
Ümumilikdə indiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Qeyd: “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. Bu sənəd KOBİA tərəfindən verilir. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumt üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI
21.07.2026ABŞ-ın texnologiya nəhənglərinin borcları 1,65 trilyon dollara çatır
21.07.2026Hibrid təyyarə sərnişin daşımalarında inqilab vəd edir: Tarixi hündürlüyə çatdı
21.07.2026"AliExpress" 629 milyon dollar cərimələndi
21.07.2026Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri
21.07.2026Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
21.07.2026"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər
21.07.2026Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu il 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026