Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?
Vüqar Rüstəmli
Layihə idarəetməsi üzrə mütəxəssis və beynəlxalq konsultant
Son iki ildə Azərbaycan qlobal ekoloji və dayanıqlı inkişaf hərəkatının ən mühüm mərkəzlərindən birinəçevrilib. Ölkəmizin ev sahibliyi etdiyi tarixi COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflərin Konfransı) sammitinin ardınca, bu il Bakıda keçirilən WUF13 (World Urban Forum - Dünya Şəhərsalma Forumu) dayanıqlı gələcək mövzusunu gündəliyin zirvəsinə daşıdı. Üstəlik, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi, xüsusilə azad edilmiş ərazilərin "yaşıl enerji zonası" konseptində yenidən qurulması buprosesin real dövlət siyasəti olduğunu göstərir.
Bəs bu nəhəng, ekoloji və strateji layihələri necə idarəetməliyik? Cavab layihə idarəetməsində yeni bir yanaşmadadır: Dayanıqlı Layihə İdarəetməsi (GPM — Green Project Management).
Dayanıqlı layihə idarəetməsi nədir?
Uzun illər layihələrin uğuru daha çox üç amilləölçülürdü: zaman, büdcə və əhatə dairəsi. Lakin müasir dünya artıq bu yanaşma ilə kifayətlənmir. "Dayanıqlılayihə idarəetməsi" layihənin yalnız maliyyəgəlirliliyini deyil, həm də onun ətraf mühitə, cəmiyyətəvə gələcək nəsillərə təsirini ölçən bir metodologiyadır. Bu yanaşmanın əsasında dayanan GPM P5™ Standartı layihələri beş əsas sütun üzərində qiymətləndirir:
Qlobal PM Dünyasında yenilik: PMI və GPM Tərəfdaşlığı
Dayanıqlılığın artıq alternativ bir trend deyil, əsas beynəlxalq standart olduğunun ən böyük sübutu layihəidarəetməsi dünyasının nəhəngi PMI (Project Management Institute — Layihə İdarəetmə İnstitutu) tərəfindən gəldi. 2025-ci ildə PMI və Green Project Management (GPM) dayanıqlı layihə idarəetməsini qlobal səviyyədə sürətləndirmək üçün strateji Joint Venture (birgə müəssisə) yaratdıqlarını elan etdilər.
Bu tərəfdaşlığın davamı olaraq, 2026-cı ildə Ümumdünya Ətraf Mühit Günündə layihə menecerləriüçün tamamilə yeni formatda CSPP™ (Certified Sustainable Project Professional — Sertifikatlaşdırılmış Dayanıqlı Layihə Peşəkarı) sertifikatı təqdim olundu. Bu sertifikat layihəidarəetməsi peşəkarlarına ekoloji və sosial riskləri qiymətləndirmək və korporativ dayanıqlılıq hədəflərini real, ölçülə bilən nəticələrə çevirmək üçün 260-dan qədər praktiki metod təklif edir.
Azərbaycan biznesi və layihə menecerləri nə etməlidir?
Ölkəmizdə genişmiqyaslı infrastruktur, şəhərsalma vəsənaye layihələri icra olunur. Bu layihələrin "yaşıl" vədayanıqlı standartlara uyğun idarə edilməsi yerli şirkətlərin qlobal bazara çıxışı və beynəlxalq investisiyaları cəlb etməsi üçün artıq əsas şərtdir.Azərbaycandakı layihə menecerləri və şirkət rəhbərləri üçün dayanıqlı metodologiyaları mənimsəmək artıq bir lüks deyil, rəqabət üstünlüyüdür. Sevindirici haldır ki, bu qlobal təcrübəni mənimsəmək və yeni standartlara uyğunlaşmaq üçün artıq ölkəmizdə də beynəlxalq akkreditasiyalı proqramlar və ixtisaslaşmış təlim imkanları mövcuddur. Bu cür imkanlar vasitəsiləmütəxəssislərimiz CSPP™ kimi nüfuzlu qlobal sertifikatları birbaşa Azərbaycanda əldə edə və idarəetdikləri layihələrin rəqabətədavamlılığını artırabilərlər.
Azərbaycanın COP29-la başlayan və WUF13 ilədavam edən yaşıl transformasiya hədəfi ölkədə yeninəsil mütəxəssislərin yetişməsini tələb edir. Gələcəyin layihə meneceri təkcə işi vaxtında təhvil verən yox, həm də həmin işin ətraf mühitə və cəmiyyətə buraxdığı izi idarə edən şəxs olacaq. Dünyanın ən nüfuzlu təşkilatlarının (PMI və GPM) birləşdiyi bu yeni dövrdəgecikmədən yer almaq, həm karyeranız, həm dəbiznesiniz üçün ən doğru investisiyadır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026