"Samsung" robototexnika bölməsi yaradır 

Redaktor

21.07.2026 11:35
54

"Samsung" robototexnika bölməsi yaradır 

"Samsung Electronics" robototexnika sahəsində fəaliyyətini genişləndirmək məqsədilə baş icraçı direktoruna birbaşa tabe olacaq yeni robototexnika bölməsi yaradıb.

Valyuta.az xəbər verir ki, yeni yaradılan RX ("Robotics eXperience") bölməsi robototexnika üzrə orta və uzunmüddətli strategiyanın hazırlanmasına, əsas texnologiyaların inkişafına və bu sahədə biznes fəaliyyətinin idarə olunmasına cavabdeh olacaq.

Bölməyə şirkətin icraçı vitse-prezidenti Li Donqkun rəhbərlik edəcək. O, bundan əvvəl "Hyundai Motor Group"da robototexnika strategiyasına, o cümlədən "Boston Dynamics"in inkişaf istiqamətlərinə rəhbərlik edib.

"Samsung" həmçinin ABŞ, Çin və Yaponiyada robototexnika üzrə tədqiqat mərkəzləri yaradacağını açıqlayıb. Şirkət bu ölkələrdəki yerli ekosistemlərdən və mütəxəssis potensialından istifadə etməklə qlobal rəqabət qabiliyyətini artırmağı planlaşdırır.

Məlumata görə, yeni bölmənin yaradılması robototexnika sahəsində inkişafın və texnologiyaların kommersiyalaşdırılmasının sürətləndirilməsinə xidmət edəcək.

"Samsung" hesab edir ki, fiziki süni intellekt (Physical AI) texnologiyalarındakı sürətli inkişaf robototexnika bazarının perspektivini daha da artırır. 

Qeyd edək ki, şirkət ilk mərhələdə istehsal müəssisələrində istifadə olunacaq, daha sonra isə ev və pərakəndə satış sektoruna tətbiq ediləcək humanoid robotlar hazırlamağı planlaşdırır. Bu robotların əsas məqsədi məhsuldarlığı artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaqdır.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AliExpress" 629 milyon dollar cərimələndi

21.07.2026

Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri

21.07.2026

Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib

21.07.2026

"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər

21.07.2026

Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı

21.07.2026

"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl

21.07.2026

Bu il 35 “Startap” şəhadətnaməsi verilib

21.07.2026

Avtomobil şirkəti 3 000 manata işçi axtarır

21.07.2026

Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır

21.07.2026

Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

21.07.2026

“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb

21.07.2026

Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?

21.07.2026

Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı

21.07.2026

Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı

21.07.2026
"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

21.07.2026

2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı

21.07.2026

İşə başlama və bitirmə saatını işçilər seçə biləcək? - RƏSMİ

21.07.2026

Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

21.07.2026

Agentlik 3 süd istehsalçısını araşdırır - SİYAHI

21.07.2026

Məzənnə

Yüklənir...