Redaktor
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
Şirkətlərdə inkişaf strategiyasının hazırlanması təkbaşına uğur üçün kifayət etmir. Bəzən düzgün strategiya olsa da, onun icrası ləngiyir və ya əməkdaşlar bu strategiyanı tam anlamır. Nəticədə planlar kağız üzərində qalır, gözlənilən nəticələr isə əldə olunmur. Belə vəziyyətdə şirkətlər hansı addımları atmalıdır?
Hazırlanmış strategiyanın bütün işçilər tərəfindən mənimsənilməsi və effektiv şəkildə tətbiq edilməsi üçün rəhbərlik hansı üsullardan istifadə etməlidir?
Biznes konsultant İlham Əfəndiyev Valyuta.az-a bildirib ki, İnkişaf strategiyasının hazırlanması təkcə rəhbərliyin hazırladığı sənəd deyil:

“Effektiv strategiyanın əsasında peşəkar şəkildə təşkil olunmuş strateji sessiya dayanır. Bu sessiyada şirkətin mövcud vəziyyəti, bazardakı dəyişikliklər, komandanın potensialı, korporativ mədəniyyəti və şirkətin ümumi ab-havası obyektiv şəkildə qiymətləndirilməlidir. Ən uğurlu strategiyalar rəhbərlik tərəfindən təkbaşına yazılan deyil, əsas rəhbərlərin və vacib əməkdaşların iştirakı ilə formalaşdırılan strategiyalardır. Bu yanaşma həm daha düzgün qərarlar qəbul etməyə, həm də gələcəkdə strategiyanın əməkdaşlar tərəfindən daha asan qəbul edilməsinə şərait yaradır".
İ.Əfəndiyev deyir ki, strategiya müəyyən edildikdən sonra əsas mərhələ onun təşkilat daxilində düzgün tətbiq olunmasıdır: "Bunun üçün strateji məqsədlər bütün əməkdaşlara sadə və anlaşılan şəkildə izah edilməli, hər şöbə və hər bir əməkdaşın bu strategiyadakı rolu dəqiq müəyyənləşdirilməlidir. Eyni zamanda, rəhbərlər strategiyanın əsas daşıyıcıları kimi çıxış etməli, əməkdaşların yeni hədəflərə uyğun bilik və bacarıqlarının inkişafı üçün mütəmadi təlimlər təşkil olunmalıdır. Strategiyanın icrası isə konkret performans göstəriciləri (KPI) əsasında davamlı izlənilməli və zərurət yarandıqda prosesə müvafiq düzəlişlər edilməlidir”.
“Yadda saxlamaq lazımdır ki, strategiyanın uğuru onun nə qədər gözəl yazılmasından deyil, nə dərəcədə əməkdaşlar tərəfindən mənimsənilməsindən və gündəlik fəaliyyətə çevrilməsindən asılıdır” – deyə biznes konsultant qeyd edib.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI
21.07.2026ABŞ-ın texnologiya nəhənglərinin borcları 1,65 trilyon dollara çatır
21.07.2026Hibrid təyyarə sərnişin daşımalarında inqilab vəd edir: Tarixi hündürlüyə çatdı
21.07.2026"AliExpress" 629 milyon dollar cərimələndi
21.07.2026Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri
21.07.2026Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
21.07.2026"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər
21.07.2026Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu il 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026