Redaktor
Hibrid təyyarə sərnişin daşımalarında inqilab vəd edir: Tarixi hündürlüyə çatdı
“GE Aerospace” şirkəti meqavat sinifli hibrid-elektrik güc qurğusunu sərnişin təyyarələrinin uçduğu hündürlükdə uğurla sınaqdan keçirib. Şirkətin hibrid təyyarəsi 30 min fut (təxminən 9,14 kilometr) hündürlüyə çataraq aviasiya tarixində bu yüksəklikdə həyata keçirilən ilk hibrid-elektrik uçuşuna imza atıb.
Valyuta.az xəbər verir ki, “Interesting Engineering” nəşrinin məlumatına görə, nümayiş “Farnborough” Beynəlxalq Aviasiya Sərgisi ərəfəsində NASA, “BETA Technologies” və “Boeing” şirkətləri ilə əməkdaşlıq çərçivəsində keçirilib.
Mühəndislər modifikasiya edilmiş “Saab 340B” təyyarəsi ilə kommersiya sərnişin təyyarələrinin istifadə etdiyi kruiz hündürlüyündə uçuş həyata keçiriblər. Hibrid-elektrik güc sistemi iki saatdan artıq fasiləsiz işləyib.
Sistemin əsasını NASA-nın Elektrikləşdirilmiş Güc Qurğusu Uçuş Nümayişi (EPFD) proqramı çərçivəsində hazırlanmış meqavat sinifli, bir neçə kilovolt gərginliklə işləyən hibrid-elektrik qurğusu təşkil edir.
Hibrid sistem necə işləyir?
Tam elektrikli təyyarələrdən fərqli olaraq, bu sistem ənənəvi qaz turbin mühərriki ilə elektrik mühərrikini birləşdirir. Uçuşun müxtəlif mərhələlərində enerji yükü bu iki mənbə arasında bölüşdürülür. Bu isə həm yanacaq səmərəliliyini artırır, həm də kommersiya aviasiyası üçün tələb olunan performansı qoruyur.
Sınaq qurğusu “Saab 340B” təyyarəsinin sağ tərəfində yerləşdirilmiş xüsusi modifikasiya edilmiş mühərrik gondolunda quraşdırılıb. Bu konstruksiya yüksək gücə malik elektrik avadanlığının daha səmərəli soyudulmasına imkan verib.
Sistemə “GE Aerospace” tərəfindən hazırlanmış elektrik mühərrikləri, güc çeviriciləri, invertorlar, idarəetmə blokları, reduktorlar, pərlər, istilik dəyişdiriciləri, fırlanma momenti sensorları, elektrik naqilləri və “CT7” turbovint mühərriki daxildir.
Akkumulyator batareyaları “BAE Systems” tərəfindən təmin olunub. Gondolun layihələndirilməsini isə “Boeing”in törəmə şirkəti olan “Aurora Flight Sciences” həyata keçirib.
ABŞ-dan Böyük Britaniyaya hibrid rejimdə uçuş
“GE Aerospace” və “BETA Technologies” şirkətlərinin pilotları uçuş sınaqlarını ABŞ-da tamamladıqdan sonra təyyarəni Atlantik okeanını keçərək Böyük Britaniyaya aparıblar. Transatlantik marşrutun bütün mərhələlərində təyyarə hibrid-elektrik rejimində fəaliyyət göstərib.
Şirkətin hesablamalarına görə, yeni texnologiya müasir kommersiya təyyarələrinin mühərrikləri ilə müqayisədə yanacaq sərfiyyatını 20 faizdən çox azaltmağa imkan verə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma
22.07.2026Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi
22.07.2026Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır
22.07.2026Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək
22.07.2026"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026