Redaktor
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və elektron ticarət ekosistemi olan Bir, “CNBC” və “Statista” tərəfindən tərtib edilən “Dünyanın aparıcı fintex şirkətləri” (“The World’s Top Fintech Companies”) reytinqində neobankinq kateqoriyası üzrə dünyanın ən yaxşı fintexləri sırasında yer alıb. Bir bu nüfuzlu siyahıya daxil edilən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun ilk və yeganə şirkətidir.
“CNBC” və “Statista” tərəfindən hazırlanan “The World’s Top Fintech Companies” siyahısı fintex sənayesinin ən nüfuzlu qlobal göstəricilərindən biri hesab olunur. Siyahı gəlirlilik, mənfəətlilik və digər maliyyə göstəriciləri, müştəri sayı, kredit və depozit portfellərinin artımı, əməliyyat həcmi, bazar payı və əməkdaş sayı kimi əsas performans göstəricilərinin (KPI) hərtərəfli təhlili əsasında tərtib edilir.
Bir ekosisteminin beynəlxalq reytinq siyahısında tanınması onun miqyasını, davamlı inkişafını və regionda texnoloji lider kimi mövqeyini, eləcə də Azərbaycanın rəqəmsal transformasiyasında oynadığı mühüm rolu bir daha vurğulayır.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bildirib: “Bir olaraq məqsədimiz Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat, sürətli və rəqəmsal etməkdir. Alış-verişdən ictimai nəqliyyat ödənişlərinə, pul köçürmələrindən digər maliyyə xidmətlərinə qədər gündəlik ehtiyacları vahid ekosistemdə bir araya gətirərək insanların rəqəmsal həllərdən istifadəsini daha əlçatan edir və yeni vərdişlərin formalaşmasına töhfə veririk. “CNBC” və “Statista” tərəfindən dünyanın Nubank, Revolut və Monzo kimi aparıcı fintex şirkətləri sırasında tanınmaqdan məmnunuq. Azərbaycan və Cənubi Qafqaz regionundan bu nüfuzlu siyahıya daxil edilən ilk və yeganə şirkət olmaq həm Bir ekosisteminin əldə etdiyi nəticələrin, həm də ölkəmizin fintex sektorunun qlobal səviyyədə artan rəqabət qabiliyyətinin göstəricisidir. Gələcəkdə də Bir ekosistemini inkişaf etdirməyə və Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına xidmət etməyə davam edəcəyik.”
Bir ekosistemi innovativ məhsul və xidmətlərini genişləndirərək ölkə üzrə daha çox istifadəçiyə çatdırmağa davam edir. Son aylarda ekosistem “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycandan dünyanın 140-dan çox ölkəsinə beynəlxalq pul köçürmələrini istifadəyə verib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin rəqəmsallaşdırılması layihəsinə başlayıb. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq Birbank tətbiqinə işarət dili funksiyası inteqrasiya edilərək eşitmə və nitq məhdudiyyətli şəxslər üçün maliyyə xidmətlərinə çıxış imkanları daha da genişləndirilib.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
22.07.2026"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı
22.07.2026Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir
22.07.2026Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
22.07.2026Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub
22.07.2026VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI
22.07.2026"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb
22.07.2026Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
22.07.2026Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
22.07.2026Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
22.07.2026"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib
22.07.2026"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib
22.07.2026İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
22.07.2026