Redaktor
“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
“Rabitəbank”ın əsas strategiyası universal bank modeli üzərində qurulub və məqsəd müştərilərə bütün maliyyə xidmətlərini bir məkanda təqdim etməkdir”.
Valyuta.az xəbər verir ki, bunu “Rabitəbank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Orhan Gültekin bildirib. Onun sözlərinə görə, bank həm fərdi, həm də biznes müştərilərinə xidmət göstərsə də, əsas prioritet biznes kreditlərinin maliyyələşdirilməsidir.
"Strategiyamız biznes kreditlərinin ümumi kredit portfelində 45-50 faiz paya malik olmasıdır. Hazırda kredit portfelimizin 45 faizi biznes kreditlərindən ibarətdir. Bu da təxminən 450 milyon manat təşkil edir", – deyə Orhan Gültekin bildirib.
Orhan Gültekin vurğulayıb ki, bankın maliyyələşdirdiyi layihələrdə əsas üstünlük qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrə verilir.
"İstehsal, kənd təsərrüfatı və xidmət sektorunda çalışan şirkətlərin maliyyələşdirilməsinə xüsusi önəm veririk. Eyni zamanda, ölkəyə valyuta gətirən ixracatçı şirkətlər bizim üçün prioritet müştərilər sırasındadır və onların hər zaman yanında olmağa çalışırıq", deyə o bildirib.
İdarə Heyətinin sədrinin birinci müavini əlavə edib ki, biznes müştərilərinin əsas gözləntiləri girov tələbinin az olması, uzunmüddətli və aşağı faizli maliyyələşmənin təmin edilməsidir. Bu baxımdan bank Azərbaycan Biznesinin İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, eləcə də Aqrar Kredit və İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Rabitəbank bu dövlət fondları vasitəsilə maliyyələşmə həyata keçirən ilk üç bank arasında yer alır.
"Bu ilin ilk 6 ayında yalnız dövlət fondları vasitəsilə təxminən 25 milyon manat məbləğində kredit ayırmışıq. Məqsədimiz real sektorun daha da güclənməsinə və sahibkarlığın inkişafına töhfə verməkdir", deyə Orhan Gültekin qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
22.07.2026"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı
22.07.2026Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir
22.07.2026Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
22.07.2026Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub
22.07.2026VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI
22.07.2026"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb
22.07.2026Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
22.07.2026Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
22.07.2026Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
22.07.2026"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib
22.07.2026"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib
22.07.2026İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
22.07.2026