Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

Redaktor

22.07.2026 16:26
32

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

Süni intellekt jurnalistlərin işini sürətləndirə və asanlaşdıra bilər, lakin onların peşəkar fəaliyyətini, mediada insan faktorunu tam əvəz edə bilməz.

Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “AI for Media” təlimində çıxışı zamanı deyib.

O bildirib ki, jurnalistikanın əsas missiyası həqiqətin axtarışı ilə yanaşı, məlumat mənbələri ilə peşəkar münasibətlərin qorunmasını da tələb edir və bu, medianın işini daha da çətinləşdirir.

“Mətbuat hər zaman qızıl orta nöqtəni tapmağa çalışıb. Bir tərəfdən cəmiyyəti narahat edən məsələləri araşdırmalı, digər tərəfdən isə məlumat aldığı qurumlarla peşəkar münasibətləri qorumalıdır ki, gələcəkdə də etibarlı informasiya əldə edə bilsin”, - deyə müşavir vurğulayıb.

R.Bayramov qeyd edib ki, son illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi media nümayəndələri ilə mətbuat konfransları, brifinqlər, tədbirlər və təlimlər vasitəsilə davamlı əməkdaşlıq qurub. Onun sözlərinə görə, bu əməkdaşlıq həm jurnalistlər üçün maarifləndirici məlumatların çatdırılmasına, həm də qarşılıqlı etimadın formalaşmasına xidmət edir.

Nazir müşaviri xatırladıb ki, Azərbaycanda son illərdə rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası və rəqəmsal inkişafın sürətləndirilməsinə dair fəaliyyət planı kimi mühüm sənədlər qəbul olunub. Bu səbəbdən jurnalistlərin rəqəmsal texnologiyalar sahəsində anlayış və terminologiyanı dərindən bilməsinin vacibliyini vurğulayıb.

R.Bayramov bildirib ki, “AI for Media” təlimində iştirakçılar prompt mühəndisliyi, süni intellekt sistemlərində hallüsinasiyaların qarşısının alınması, düzgün sorğuların hazırlanması və "deepfake" texnologiyaları ilə mübarizə kimi müasir jurnalistikanın aktual mövzuları ilə tanış olacaqlar.

O, süni intellektin gələcəkdə bir çox sahələrdə geniş tətbiq oluna biləcəyini qeyd etsə də, jurnalistikada insan amilinin əvəzolunmaz olduğunu vurğulayıb.

“Jurnalistikada həqiqət axtarışı, ədalətli yanaşma və etik prinsiplərin qorunması süni intellekt tərəfindən tam təmin edilə bilməz. Hazırlanan material mütləq jurnalistin təhlilindən keçməli, faktlar yoxlanılmalı və etik meyarlar əsasında qiymətləndirilməlidir”, - deyə o bildirib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”

22.07.2026

Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb

22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

22.07.2026

"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı

22.07.2026

Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir

22.07.2026

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®

22.07.2026

Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub

22.07.2026

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

22.07.2026

"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb

22.07.2026

Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ

22.07.2026

Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib

22.07.2026

Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb

22.07.2026

"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib

22.07.2026

"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib

22.07.2026

İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı

22.07.2026
Azərbaycan banklarının hansı törəmə şirkətləri var?

Azərbaycan banklarının hansı törəmə şirkətləri var? - CƏDVƏL

22.07.2026

Məzənnə

Yüklənir...