Redaktor
Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
2026- 2022-ci illərin hər ilin 1 iyun tarixinə olan göstəricilərinə əsasən, Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2 milyard 774 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, 2026-cı il iyunun 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 635,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 508,3 milyon manatla müqayisədə 127,1 milyon manat və ya 25% çoxdur.
Statistikaya görə, problemli kreditlərin həcmi 2025-ci ilin 1 iyun tarixinə 508,3 milyon manat olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,8 milyon manat və ya 8,96% artıb.
Bundan əvvəl isə azalma tendensiyası müşahidə olunub. Belə ki, 2024-cü ilin 1 iyun tarixinə ödəmə vaxtı keçmiş kreditlər 466,5 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,6 milyon manat və ya 4,81% azdır.
2023-cü ilin 1 iyun tarixinə problemli kreditlərin həcmi 490,1 milyon manat olub. Bu göstərici 2022-ci ilin eyni dövrünə nisbətən 183,6 milyon manat və ya 27,25% azalıb.
2022-ci ilin 1 iyun tarixinə isə ödəmə vaxtı keçmiş kreditlər 673,7 milyon manat təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 233,2 milyon manat və ya 25,71% azalma deməkdir.
Beləliklə, statistika göstərir ki, 2021–2023-cü illərdə müşahidə olunan azalma tendensiyası 2024-cü ildən etibarən artımla əvəzlənib və 2026-cı ildə problemli kreditlərin həcmi son iki ilin ən yüksək səviyyəsinə çatıb.
| İl (1 iyun tarixinə) | Ödəmə vaxtı keçmiş kreditlər (mln manat) | İllik dəyişmə (mln manat) | İllik dəyişmə (%) |
|---|---|---|---|
| 2026 | 635,4 | +127,1 | +25,0% |
| 2025 | 508,3 | +41,8 | +8,96% |
| 2024 | 466,5 | -23,6 | -4,81% |
| 2023 | 490,1 | -183,6 | -27,25% |
| 2022 | 673,7 | -233,2 | -25,71% |
| 2021 | 906,9 | — | — |
| Valyuta.az | 22.07.2026 | ||
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
22.07.2026"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı
22.07.2026Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir
22.07.2026Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
22.07.2026Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub
22.07.2026VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI
22.07.2026"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb
22.07.2026Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
22.07.2026Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
22.07.2026Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
22.07.2026"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib
22.07.2026"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib
22.07.2026İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
22.07.2026