"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib

Redaktor

22.07.2026 12:22
177

"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib

"Azər-Türk Bank" 2026-2028-ci illəri əhatə edən yeni inkişaf strategiyasını təsdiqləyib. Strategiyada korporativ və kiçik-orta biznes (KOB) seqmentinin inkişafı, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun maliyyələşdirilməsində bankın rolunun gücləndirilməsi, rəqəmsal transformasiya və dayanıqlı inkişaf əsas prioritetlər kimi müəyyən edilib.

Valyuta.az xəbər verir ki, bunu "ATB"nin İdarə Heyətinin sədri Günel Nəbiyeva "Report"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni strategiya bankda ciddi transformasiyanın aparılmasını, biznes hədəflərinin dəyişdirilməsini və bu hədəflərə uyğun biznes proseslərinin qurulmasını nəzərdə tutur:

"Bu istiqamətdə artıq konkret transformasiya tədbirlərinin icrasına başlanılıb.

Strategiya çərçivəsində korporativ və KOB müştərilərinə yönəlmiş xidmətlərin keyfiyyətinin yüksəldilməsi, biznes bankçılığında rəqəmsal həllərin genişləndirilməsi və müasir bankçılıq məhsullarının inkişafı istiqamətində işlər görülür".

İdarə Heyətinin sədri qeyd edib ki, bank müştəri təcrübəsinin təkmilləşdirilməsi, daxili proseslərin optimallaşdırılması və qərarvermənin daha səmərəli təşkili məqsədilə süni intellekt texnologiyasının tətbiqi üzərində çalışır:

"Bununla yanaşı, yeni texnoloji həllərin tətbiqində kibertəhlükəsizlik, məlumatların məxfiliyinin təmin olunması və sistemlərin dayanıqlılığının qorunması əsas prioritetlər sırasında yer alır".

G.Nəbiyeva əlavə edib ki, strategiyanın əsas hədəflərindən biri "ATB"ni korporativ müştərilər və sahibkarlar üçün ehtiyacları dərindən anlayan, operativ qərar qəbul edən və uzunmüddətli etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirməkdir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”

22.07.2026

Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb

22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

22.07.2026

"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı

22.07.2026

Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir

22.07.2026

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®

22.07.2026

Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub

22.07.2026

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

22.07.2026

"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb

22.07.2026

Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ

22.07.2026

Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib

22.07.2026

Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb

22.07.2026

"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib

22.07.2026

"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib

22.07.2026

İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı

22.07.2026
Azərbaycan banklarının hansı törəmə şirkətləri var?

Azərbaycan banklarının hansı törəmə şirkətləri var? - CƏDVƏL

22.07.2026

Məzənnə

Yüklənir...