Redaktor
Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
"Meqa Sığorta" ASC-nin cari ilin ilk yarısında ümumi gəlirləri 17 milyon 13 min 427 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövründəki 16 milyon 87 min 888 manatla müqayisədə 925 min 539 manat və ya 5,8% çoxdur.
Hesabat dövründə sığortaçının əsas əməliyyat gəlirləri 16 milyon 294 min 778 manat olub. Göstərici illik müqayisədə 703 min 245 manat və ya 4,5% artaraq, ötən ilin eyni dövründəki 15 milyon 591 min 543 manatı üstələyib.
İnvestisiya gəlirləri 1 milyon 66 min 25 manatdan 1 milyon 278 min 843 manata yüksələrək 212 min 818 manat və ya 20% artıb.
Sığorta şirkətinin xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə xərc isə 877 min 711 manatdan 800 min 669 manata enib. Bu, 77 min 42 manat və ya 8,8% azalma deməkdir.
Digər gəlirlər isə 308 min 30 manatdan 240 min 465 manata düşərək 67 min 565 manat və ya 21,9% azalıb.
2026-cı ilin ilk yarısında sığortaçının ümumi xərcləri 16 milyon 440 min 296 manat olub. Bu göstərici illik müqayisədə 1 milyon 929 min 447 manat və ya 13,3% artaraq, ötən ilin eyni dövründəki 14 milyon 510 min 849 manatı ötüb.
Əsas əməliyyat xərcləri 10 milyon 285 min 729 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 340 min 605 manat və ya 15% çoxdur.
İşlərin aparılması xərcləri 5 milyon 520 min 161 manatdan 6 milyon 142 min 366 manata yüksələrək 622 min 206 manat və ya 11,3% artıb.
Digər xərclər isə 45 min 563 manatdan 12 min 400 manata enərək 33 min 163 manat və ya 72,8% azalıb.
Nəticədə sığortaçının maliyyə mənfəəti 1 milyon 577 min 39 manatdan 573 min 131 manata düşüb. Bu, 1 milyon 3 min 908 manat və ya 63,7% azalma deməkdir.
Mənfəət vergisi 311 min 8 manatdan 114 min 626 manata enərək 196 min 381 manat və ya 63,1% azalıb. Mənfəət vergisi ödənildikdən sonra xalis mənfəət 1 milyon 266 min 31 manatdan 458 min 505 manata düşüb. Bu, 807 min 526 manat və ya 63,8% azalma deməkdir.
Hesabat dövrünün sonuna sığortaçının cəmi aktivləri 58 milyon 417 min 453 manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 57 milyon 439 min 480 manatla müqayisədə 977 min 973 manat və ya 1,7% çoxdur.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
22.07.2026"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı
22.07.2026Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir
22.07.2026Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
22.07.2026Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub
22.07.2026VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI
22.07.2026"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb
22.07.2026Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
22.07.2026Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
22.07.2026Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
22.07.2026"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib
22.07.2026"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib
22.07.2026İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
22.07.2026