Redaktor
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
Rabitəbank növbəti illər üzrə inkişaf strategiyası çərçivəsində müştərilərinə bütün maliyyə xidmətlərini vahid platforma üzərindən təqdim edən tam maliyyə marketi modelini formalaşdırmağı əsas strateji hədəf kimi müəyyən edib.
Valyuta.az xəbər verir ki, bu barədə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Bank hər üç ildən bir strateji inkişaf planını yeniləyir və əvvəlki strategiyalar çərçivəsində qarşıya qoyulan əsas hədəflərin əhəmiyyətli hissəsi artıq uğurla reallaşdırılıb.
Aydın Hüseynov bildirib ki, Rabitəbank fəaliyyətini artıq yalnız ənənəvi bankçılıq xidmətləri ilə məhdudlaşdırmır və müştərilərinə bank, sığorta və investisiya xidmətlərini vahid sistem daxilində təqdim edir.
“Əvvəllər yalnız bank xidmətləri təqdim edirdik. Lakin müştərilərimizin ehtiyaclarını daha geniş çərçivədə qarşılamaq məqsədilə fəaliyyət istiqamətlərimizi genişləndirdik. Müştəri kredit götürür, əmanət yerləşdirir və ya avtomobil alırsa, ona lazım olan sığorta məhsulunu da eyni platformadan təqdim etməyi məqsədəuyğun hesab etdik. Bu istiqamətdə görülən hazırlıq işlərindən sonra 2021-ci ildə Mərkəzi Banka müraciət etdik, əməkdaşlarımız müvafiq sertifikatlar əldə etdilər və Rabitəbank sığorta məhsullarının satışına başladı. Hazırda müştərilərimiz bankın bütün filiallarında, eləcə də Rabitə Mobile tətbiqi vasitəsilə müxtəlif sığorta məhsullarından rahatlıqla yararlana bilirlər”, deyə Aydın Hüseynov bildirib.
İdarə Heyətinin sədri qeyd edib ki, strategiyanın əsas istiqamətlərindən biri də investisiya xidmətlərinin inkişafıdır. Bu məqsədlə Bankın törəmə şirkəti olan Capital Partners investisiya şirkətinin fəaliyyəti genişləndirilib, lisenziyası yenilənib, texnoloji infrastrukturu müasirləşdirilib və peşəkar komanda formalaşdırılıb.
Onun sözlərinə görə, ötən ildən etibarən istifadəyə verilən Rabitə İnvest modulu vasitəsilə müştərilər mobil tətbiq üzərindən ABŞ fond bazarında səhm və istiqrazlar, ETF-lər, əmtəə alətləri, eləcə də bitkoinə bağlı investisiya məhsullarına sərmayə qoya bilirlər.
“Bu gün müştərilərimiz bank, sığorta və investisiya xidmətlərini vahid platformada əldə edə bilirlər. Bu, bizim üçün mühüm strateji nailiyyətdir. Məqsədimiz Rabitəbankı və Rabitə Mobile tətbiqini bütün maliyyə xidmətlərinin təqdim olunduğu vahid platformaya çevirməkdir”, – deyə Aydın Hüseynov vurğulayıb.
Bank rəhbəri əlavə edib ki, Rabitəbank maliyyə xidmətləri ilə yanaşı, sahibkarlara əlavə dəyər yaradan qeyri-maliyyə həlləri də təqdim etməyə başlayıb. Bank müxtəlif peşəkar konsaltinq şirkətləri ilə əməkdaşlıq çərçivəsində hüquqi və korporativ müştərilərinə vergi, mühasibatlıq, hüquq, insan resursları və digər məsləhət xidmətlərindən 20–30% güzəştlə istifadə etmək imkanı yaradır.
“Bu xidmətlərdən Bank kommersiya gəliri əldə etmir. Əsas məqsədimiz sahibkarların fəaliyyətini daha rahat və səmərəli təşkil etmələrinə dəstək olmaq, onlara əlavə üstünlüklər təqdim etməkdir”, – deyə o bildirib.
Aydın Hüseynovun sözlərinə görə, Rabitəbankın uzunmüddətli strategiyasının əsasını “one-stop shop” prinsipi təşkil edir. Bu model çərçivəsində müştərilər bütün əsas maliyyə xidmətlərini bir platformadan əldə edə bilirlər və bu xidmətlərin böyük hissəsi artıq rəqəmsal kanallar vasitəsilə təqdim olunur.
İdarə Heyətinin sədri bildirib ki, Bankın 2025–2027-ci illəri əhatə edən strategiyasına uyğun olaraq, hazırda mobil tətbiqdə təqdim olunmayan bütün məhsul və xidmətlərin də mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur. Bu yanaşma müştəri təcrübəsinin daha da təkmilləşdirilməsinə, xidmətlərin əlçatanlığının artırılmasına və Rabitəbankın tam maliyyə ekosistemi kimi inkişafına xidmət edəcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
22.07.2026"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı
22.07.2026Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir
22.07.2026Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
22.07.2026Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub
22.07.2026VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI
22.07.2026"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb
22.07.2026Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
22.07.2026Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
22.07.2026Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
22.07.2026"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib
22.07.2026"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib
22.07.2026İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
22.07.2026