"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

Redaktor

22.07.2026 18:24
31

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

"Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı balansında olan 8 qeyri-yaşayış sahəsini 20 avqust tarixində hərraca çıxaracaq.

Valyuta.az xəbər verir ki, hərraca çıxarılan bütün əmlaklar Bakı şəhərinin Yasamal rayonunda yerləşir.

Qeyd edək ki, əmlakların yeni ünvanı kimi Arif Mehdiyev küçəsi göstərilib.

Satışa çıxarılan qeyri-yaşayış sahələrinin ümumi sahəsi 2 066,1 kvadratmetr təşkil edir. Obyektlərin sahəsi 169,3 kvadratmetrdən 396,7 kvadratmetrədək dəyişir.

Hərraca çıxarılan əmlakların ümumi start qiyməti 3 milyon 95 min 751 manat, ümumi beh məbləği isə 154 min 787,55 manatdır.

Ən yüksək start qiyməti 396,7 kvadratmetr sahəyə malik Arif Mehdiyev küçəsi, giriş 281A ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün müəyyən edilib. Bu obyekt 587 min manat start qiyməti ilə satışa çıxarılır. Hərracda iştirak etmək üçün 29 min 350 manat beh ödənilməlidir.

Ən aşağı start qiyməti isə Arif Mehdiyev küçəsi, giriş 285A ünvanında yerləşən 169,3 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektinə aiddir. Həmin əmlakın start qiyməti 253 min 950 manat, beh məbləği isə 12 min 697,50 manat təşkil edir.

Hərraca çıxarılan əmlakların siyahısı aşağıdakı kimidir:

Ünvan Sahə (kv.m) Start qiyməti Beh məbləği
Arif Mehdiyev küçəsi, giriş 283B 347,5 520 000 manat 26 000,00 manat
Arif Mehdiyev küçəsi, giriş 283A 261,5 390 000 manat 19 500,00 manat
Arif Mehdiyev küçəsi, giriş 281B 199,3 296 957 manat 14 847,85 manat
Arif Mehdiyev küçəsi, giriş 281A 396,7 587 000 manat 29 350,00 manat
Arif Mehdiyev küçəsi, giriş 285A 169,3 253 950 manat 12 697,50 manat
Arif Mehdiyev küçəsi, giriş 285D 177,1 266 500 manat 13 325,00 manat
Arif Mehdiyev küçəsi, giriş 287A 280,9 426 968 manat 21 348,40 manat
Arif Mehdiyev küçəsi, giriş 287B 233,8 355 376 manat 17 768,80 manat
22.07.2026

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026

12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı

22.07.2026

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”

22.07.2026

Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb

22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

22.07.2026

"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı

22.07.2026

Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir

22.07.2026

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®

22.07.2026

Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub

22.07.2026

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

22.07.2026

"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb

22.07.2026

Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ

22.07.2026

Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib

22.07.2026

Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb

22.07.2026

"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib

22.07.2026

Məzənnə

Yüklənir...