"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

Redaktor

21.07.2026 13:12
188

"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

"Bank Respublika"nın 2026-cı ilin ikinci rübü üzrə müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə artaraq 1 milyard 701,6 milyon manata çatıb.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 milyard 525,7 milyon manat ilə müqayisədə 175 milyon 899,2 min manat və ya 11,53% çoxdur.

Kredit portfelinin strukturunda istehlak kreditləri də artım nümayiş etdirib. Belə ki, istehlak kreditlərinin həcmi ötən ilin ikinci rübündəki 332 milyon 535,5 min manatdan 2026-cı ilin ikinci rübündə 395 milyon 228,3 min manata yüksəlib. Bu, 62 milyon 692,9 min manat və ya 18,85% artım deməkdir.

Daşınmaz əmlak kreditləri də müsbət dinamika göstərib. Bu kreditlərin həcmi 2025-ci ilin ikinci rübündəki 159 milyon 484,2 min manatdan 175 milyon 461,5 min manata yüksələrək 15 milyon 977,2 min manat və ya 10,02% artıb.

Bununla yanaşı, biznes kreditlərinin portfelində azalma qeydə alınıb. Hesabat dövründə biznes kreditləri 1 milyard 33 milyon 704,2 min manatdan 777 milyon 489,1 min manata enib. Nəticədə bu istiqamətdə kredit portfeli 256 milyon 215,1 min manat və ya 24,79% azalıb.

Hesabatda "digər kreditlər" kateqoriyası üzrə 2025-ci ilin ikinci rübündə bu bölmə üzrə heç bir göstərici yer almadığı halda, 2026-cı ilin ikinci rübündə həmin kateqoriya üzrə kreditlərin həcmi 353 milyon 444,2 min manat təşkil edib. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AliExpress" 629 milyon dollar cərimələndi

21.07.2026

Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri

21.07.2026

Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib

21.07.2026

"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər

21.07.2026

Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı

21.07.2026

"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl

21.07.2026

Bu il 35 “Startap” şəhadətnaməsi verilib

21.07.2026

Avtomobil şirkəti 3 000 manata işçi axtarır

21.07.2026

Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır

21.07.2026

Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

21.07.2026

“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb

21.07.2026

Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?

21.07.2026

Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı

21.07.2026

Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı

21.07.2026
"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

21.07.2026

2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı

21.07.2026

İşə başlama və bitirmə saatını işçilər seçə biləcək? - RƏSMİ

21.07.2026

Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

21.07.2026

Agentlik 3 süd istehsalçısını araşdırır - SİYAHI

21.07.2026

Məzənnə

Yüklənir...