Redaktor
İşə başlama və bitirmə saatını işçilər seçə biləcək? - RƏSMİ
Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır. Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir.
"Beynəlxalq praktikada çevik iş vaxtı rejimi adətən əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Bununla yanaşı, konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.
Bu iş rejimi daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün əlverişli hesab olunur. Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin tətbiqi xüsusi tənzimləmə mexanizmləri əsasında həyata keçirilir.
Ölkəmizdə çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində qeyd edilən Tədbirlər Planında nəzərdə tutulan nəticə indikatorlarına uyğun olaraq 2026-2030-cu illər ərzində beynəlxalq təcrübənin araşdırılması, hüquqi və institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur", - nazirlikdən qeyd olunub.
©Apa.az
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"AliExpress" 629 milyon dollar cərimələndi
21.07.2026Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri
21.07.2026Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
21.07.2026"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər
21.07.2026Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu il 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026