Redaktor
Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
Milli Mətbuat Günü münasibətilə Rabitəbank media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi və gələcək hədəfləri barədə məlumat vermək olub.
Tədbirdə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək bankın strateji inkişaf planı, gələcəyə baxışı, missiyası və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet istiqamətlər barədə ətraflı məlumat verib. O, media ilə açıq və şəffaf kommunikasiyanın Bank üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq peşəkar jurnalistikanın cəmiyyətin obyektiv məlumatlandırılmasındakı rolunu yüksək qiymətləndirib.
Daha sonra Rabitəbankın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin bankın satış strategiyası, inkişaf prioritetləri, məhsul portfeli və müxtəlif iqtisadi sektorlar üzrə yanaşmaları haqqında təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Rabitəbankın Marketinq departamentinin direktoru Şəmi Əliyev bankın marketinq yanaşması, brend strategiyası və müştəri təcrübəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O bildirib ki, müasir marketinq yalnız məhsul və xidmətlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda müştərilərlə uzunmüddətli etimadın qurulması, innovativ həllərin əlçatan edilməsi və güclü kommunikasiya mühitinin formalaşdırılması deməkdir.
Rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr barədə isə Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru Nihad Tağızadə təqdimat edib. Təqdimatda Bankın rəqəmsallaşma strategiyası, Kartmane Junior tətbiqi, Kartmane Junior kartı, Gamer Kart, İnvest modulu və digər innovativ məhsullar haqqında ətraflı məlumat verilib.
Proqram çərçivəsində media nümayəndələri Rabitəbankın Baş Ofisi ilə yaxından tanış olub, müxtəlif struktur bölmələrin fəaliyyəti, iş prinsipləri və müasir iş mühiti barədə məlumat əldə ediblər. Tədbir interaktiv müzakirələrlə davam edib, media nümayəndələrinin sualları cavablandırılıb, Bankın rəhbər heyəti ilə fikir mübadiləsi aparılıb. Görüşün sonunda qonaqlara korporativ hədiyyələr təqdim olunub və qeyri-rəsmi ünsiyyət formatında şam yeməyi təşkil edilib.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI
21.07.2026ABŞ-ın texnologiya nəhənglərinin borcları 1,65 trilyon dollara çatır
21.07.2026Hibrid təyyarə sərnişin daşımalarında inqilab vəd edir: Tarixi hündürlüyə çatdı
21.07.2026"AliExpress" 629 milyon dollar cərimələndi
21.07.2026Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri
21.07.2026Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
21.07.2026"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər
21.07.2026Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu il 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026