ABŞ-ın texnologiya nəhənglərinin borcları 1,65 trilyon dollara çatır

Redaktor

21.07.2026 19:30
60

ABŞ-ın texnologiya nəhənglərinin borcları 1,65 trilyon dollara çatır

ABŞ-ın ən böyük texnologiya şirkətləri süni intellekt (Al) infrastrukturu üçün fəal investisiyalar fonunda təxminən 1,65 trilyon dollar həcmində gizli borc öhdəlikləri toplayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "Nikkei Asian Review" məlumat yayıb.

Nəşrin məlumatına görə, "Alphabet" ("Google"), "Microsoft", "Amazon", "Meta" və "Oracle" şirkətləri kreditorlar və tərəfdaşlar qarşısında ümumilikdə ən azı 1,65 trilyon dollar borcludur. Lakin bu məbləğin yalnız təxminən 1,35 trilyon dolları maliyyə hesabatlarında əks olunub.

"Nikkei" qeyd edir ki, burada mühasibat uçotu qaydalarının pozulmasından söhbət getmir. Məlumata görə, məlumat mərkəzlərinin (DMC) tikintisi də daxil olmaqla, hələ reallaşdırılmamış layihələr üzrə öhdəliklər obyektlər istifadəyə verilənədək şirkətlərin balans hesabatlarında göstərilmir.

Nəşrin qiymətləndirməsinə əsasən, belə balansdankənar öhdəliklərin ən böyük hissəsi "Meta" şirkətinin payına düşür — təxminən 420 milyard dollar. Bu rəqəm şirkətin rəsmi hesabatlarda göstərilən borcundan təxminən üç dəfə çoxdur.

"Oracle" isə son dörd il ərzində bu cür öhdəliklərinin həcmini 30 dəfədən çox artıraraq 273 milyard dollara çatdırıb. "Nikkei" bunu şirkətin ABŞ-da süni intellekt üçün genişmiqyaslı məlumat mərkəzlərinin tikintisini nəzərdə tutan "Stargate" layihəsində iştirakı ilə əlaqələndirir.

Nəşrin yazdığına görə, şirkətlər bu cür layihələri maliyyələşdirmək üçün daha fəal şəkildə istiqrazlar buraxır və əlavə səhm emissiyaları həyata keçirirlər. Lakin eyni zamanda "kölgə borclanması" adlandırılan, yəni institusional investorlardan qeyri-şəffaf şərtlərlə kapital cəlb edilməsi hallarının payı da artır.

Bununla yanaşı, "Microsoft", "Amazon" və "Alphabet" şirkətləri mart ayının sonuna olan məlumata görə, müvafiq layihələrdən əldə ediləcək potensial gəliri 1,45 trilyon dollar səviyyəsində qiymətləndiriblər. "Nikkei"nin məlumatına görə, bu məbləğ gizli borc öhdəliklərinin ümumi həcmindən azdır.

Nəşr həmçinin diqqət çəkir ki, məlumat mərkəzlərinin tikintisinə çəkilən xərclər əhəmiyyətli dərəcədə arta bilər. Nümunə kimi "Meta" şirkətinin Luizianadakı layihəsi göstərilir. Layihənin ilkin dəyəri 27 milyard dollar qiymətləndirilsə də, sonradan smeta 50 milyard dollara yüksəlib.

Şirkətin layihə üzrə tərəfdaşı "Blue Owl Capital" olub. Bu şirkət birgə müəssisənin səhmlərinin 20 faizini satıb, "Meta" isə tikilməkdə olan məlumat mərkəzini icarəyə götürməyi öhdəsinə götürüb.

"Nikkei"nin istinad etdiyi analitiklərin fikrincə, əlavə risklər arasında hesablama güclərinin mümkün artıqlığı və süni intellekt infrastrukturunun inkişafı üçün istifadə olunan maliyyə sxemlərinin şəffaflığının azalması da var.

Bu baxımdan nəşr 2001-ci ildə müflis olmuş "Enron" şirkətini xatırladır. Həmin şirkətdə də balansdankənar maliyyələşdirmə mexanizmlərindən istifadə edilmişdi.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma

22.07.2026

Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi

22.07.2026

Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır

22.07.2026

Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək

22.07.2026

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026

12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı

22.07.2026

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”

22.07.2026

Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb

22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

22.07.2026

"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı

22.07.2026

Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir

22.07.2026

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®

22.07.2026

Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub

22.07.2026

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

22.07.2026

"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb

22.07.2026

Məzənnə

Yüklənir...