Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək

Redaktor

21.07.2026 10:10
59

Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək

ABŞ-nin ən böyük məktəb dairələrindən biri olan Nyu-York şəhərində ilk dəfə tədris prosesinə humanoid robot cəlb olunacaq.

Bu barədə "Trending Politics" platformasının həmtəsisçisi Kollin Raq "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, "Salli" adlı humanoid robot Nyu-York ştatının Salamanca şəhərində yerləşən orta məktəbdə 11-ci və 12-ci sinif şagirdlərinə dərs keçəcək. Robot Qərbi Nyu-York aksenti ilə danışacaq.

Bildirilir ki, "Salli" insan görünüşünə mümkün qədər yaxın şəkildə hazırlanıb. O, qollarını və ayaqlarını hərəkət etdirə bilsə də, sinif otağında sərbəst hərəkət edə bilmir.

Robot identifikasiya sistemi ilə təchiz olunub. Bu sistem vasitəsilə şagirdlər platformaya qoşularaq Sallinin onları tanımasını təmin edə biləcəklər.

Məlumata əsasən, humanoid robotun qiyməti 57 min ABŞ dollarıdır. Bu məbləğ Nyu-York ştatında müəllimlərin orta illik əməkhaqqından aşağıdır.

Bununla belə, məktəb rəhbərliyi robotun heç vaxt insan müəllimləri əvəz etməyəcəyini xüsusi vurğulayıb.

©Oxu.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib

21.07.2026

Avtomobil şirkəti 3 000 manata işçi axtarır

21.07.2026

Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır

21.07.2026

Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

21.07.2026

“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb

21.07.2026

Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?

21.07.2026

Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı

21.07.2026

Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı

21.07.2026
"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

21.07.2026

2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı

21.07.2026

İşə başlama və bitirmə saatını işçilər seçə biləcək? - RƏSMİ

21.07.2026

Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

21.07.2026

Agentlik 3 süd istehsalçısını araşdırır - SİYAHI

21.07.2026

"Samsung" robototexnika bölməsi yaradır 

21.07.2026

“Netflix” məşhur aktyorun həmtəsisçisi olduğu startapı 587 milyon dollara satın alıb

21.07.2026

Elon Mask bir gündə 19 milyard dollar itirdi, amma yenə də dünyanın ən varlı insanıdır

21.07.2026

Dünyanın ən bahalı suşisini harada yemək olar?

21.07.2026

Maştağada söküntü başladı - Kompensasiya ödəniləcək

21.07.2026

Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək

21.07.2026

Məzənnə

Yüklənir...