Redaktor
Hava limanında böyük məbləğdə valyuta dəyişməyin – Turizm ekspertindən məsləhətlər
Yay mövsümündə xarici ölkələrə səfər edən azərbaycanlıların sayı artır. Lakin valyuta mübadiləsi və bank kartı ilə ödəniş zamanı edilən bəzi səhvlər əlavə xərclərə səbəb ola bilər. Bəs səyahət zamanı valyuta konvertasiyasına görə artıq xərcdən necə qaçmaq olar?
Turizm eksperti Azər İsmayıl Valyuta.az-a bildirib ki, ilk olaraq səfərdən əvvəl “Google” vasitəsilə cari məzənnəni yoxlamaq faydalıdır. Bu, təklif olunan məzənnənin bazar qiymətindən nə qədər fərqləndiyini qiymətləndirməyə imkan verir. Əgər artıq səfərdəsinizsə, ilk növbədə valyuta mübadiləsi məntəqələrində tətbiq olunan komissiyalara diqqət yetirmək lazımdır:
"Bəzi ölkələrdə valyuta mübadiləsi məntəqələri əlavə komissiya tətbiq edir. Buna görə də valyutanı dəyişməzdən əvvəl əməkdaşdan soruşmaq lazımdır ki, komissiya varmı və təqdim etdiyiniz məbləğin qarşılığında dəqiq nə qədər yerli valyuta alacaqsınız?"
Azər İsmayıl qeyd edib ki, səyahətçilərin ən çox yol verdiyi səhvlərdən biri də hava limanında iri məbləğdə valyuta dəyişmələridir.
"Hava limanlarında məzənnə adətən daha əlverişsiz olur. Bundan əlavə, bəzi mübadilə məntəqələri əlavə komissiya da tətbiq edir. Buna görə də hava limanında yalnız ilk xərclər üçün lazım olan kiçik məbləği dəyişmək, əsas məbləği isə şəhərdə dəyişmək daha məqsədəuyğundur".
Ekspert bildirib ki, avrozonaya səyahət edənlər üçün ən sərfəli variant avro hesabına bağlı bank kartından istifadə etməkdir:
"Əgər ödənişlər avro ilə aparılırsa, avro kartı ilə hesablaşmaq əlavə konvertasiya xərclərinin qarşısını alır".
Onun sözlərinə görə, avrozonaya daxil olmayan ölkələrdə də gündəlik xərcləri bank kartı ilə ödəmək daha məqsədəuyğundur. Nağd pul isə yalnız ehtiyat məqsədilə saxlanılmalıdır:
"Hər ehtimala qarşı ayrıca yerdə təxminən 50 avro və ya ekvivalent məbləğdə nağd vəsait saxlamağı tövsiyə edirəm".
Ekspert hesab edir ki, səfər ediləcək istiqamətə uyğun valyuta seçimi də vacibdir. Belə ki, avrozonaya gedənlər üçün avro, ABŞ, Kanada, Meksika, eləcə də bir sıra Asiya və Afrika ölkələrinə səfər edənlər üçün isə ABŞ dolları daha praktik seçim hesab olunur. Onun sözlərinə görə, dollar bir çox ölkədə rahat şəkildə dəyişdirilir və geniş qəbul olunur.
“Visa” və “Mastercard” kartları ilə bağlı suala cavab verən Azər İsmayıl bildirib ki, adi istifadəçi üçün bu iki ödəniş sistemi arasında ciddi fərq yoxdur:
“Visa və Mastercard dünyanın əksər ölkələrində problemsiz qəbul olunur. Yekun məbləğə daha çox bankın tətbiq etdiyi məzənnə və komissiyalar təsir göstərir”.
Bununla yanaşı, ekspert “American Express” kartlarından istifadə edənlərə diqqətli olmağı tövsiyə edib:
“American Express bütün ölkələrdə və bütün obyektlərdə qəbul edilmir. Buna görə də səfərdən əvvəl gedəcəyiniz ölkədə otellərin, restoranların və digər xidmət məntəqələrinin bu kartı qəbul edib-etmədiyini yoxlamaq faydalıdır”.
Sonda turizm eksperti səyahətə çıxanlara valyuta mübadiləsindən əvvəl məzənnə və komissiyaları müqayisə etməyi, iri məbləğdə pulu hava limanında dəyişməməyi, gündəlik ödənişlərdə imkan daxilində bank kartından istifadə etməyi və gözlənilməz hallar üçün üzərlərində az miqdarda nağd vəsait saxlamağı tövsiyə edib.
Azadə Ağayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026
Xalis mənfəətinə görə bankların RENKİNQİ
15.07.2026"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
15.07.2026"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb
15.07.2026Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib
15.07.2026Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
15.07.2026AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
15.07.2026Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®
15.07.2026Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"
15.07.2026"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
15.07.2026