Redaktor
Hansı hallarda sığorta şirkətləri zərəri qarşılamır?
İnsanlar avtomobil və əmlakını sığortlayaraq gələcəkdə ola biləcək zərərlər zamanı sığorta ilə özlərini zəmanət altına aldıqlarını düşünürlər. Lakin bəzi hallarda sığorta şirkəti dəymiş zərəri qarşılaya bilmir. Bəs sığorta şirkəti hansı hallarda zərəri qarşılamır?
Sığorta eksperti Kamran Babayev Valyuta.az-a açıqlamasında bildirir ki, sığorta növləri fərqlidir və hər sığortanın öz qaydalarına görə ödənişdən imtina etmə halları var: “Avtonəqliyyat vasitələrinin könüllü sığortası iki növ olur: fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası və hüquqi şəxslərə (şirkətlərə) məxsus avtonəqliyyat vasitələrinin sığortası. Bu iki növdə ödənişdən imtinanın əsasları və istisnaları fərqlidir. Fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta qaydaları requlyator tərəfindən hazırlanıb və bütün sığorta şirkətləri bu qaydalardan istifadə etməlidir. Həmin qaydalarda ödənişdən imtina halları konkret olaraq qeyd edilib”.
Bəs hansı hallarda sığorta ödənişdən imtina edə bilər?
“Bu hallarda sığorta şirkəti ödənişdən imtina edə bilər: avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi, avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi, avtomobilin sığorta ərazisindən kənarda istismar olunması, avtomobilin sığortaçının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi və s. Tam siyahı ilə "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"-nın 17-ci, 23-cü və 30-cu maddələrində tanış olmaq olar”- deyə ekspert qeyd edir.
Ekspert hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası üzrə isə hər sığorta şirkətinin özünün hazırladığı qaydalar olduğunu və bu səbəbdən də sığorta ödənişindən imtinanın əsaslarının fərqli olduğunu deyir: “Sığortalanmamışdan əvvəl mütləq bu qaydalarla tanış olmaq lazımdır. İcbari sığorta növlərində isə istisnalar azdır, çünki sosial sığorta növlərinə aiddirlər. Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin üçüncü şəxslər qarşısında icbari sığortası növündə avtomobil sahibinin məsuliyyəti sığortalanır. Hər bir vətəndaş məsuliyyətini sığortalamağa məcburdur, çünki söhbət üçüncü şəxsə dəyən zərərdən gedir. Özünə dəyən zərər haqqında hər kəs özü qərar verə bilər – istəyər zərəri bərpa edər, istəməzsə bərpa etməz. Amma üçüncü şəxs münasibətində bunu deyə bilməz, çünki dəyən zərərə görə tam məsuliyyət daşıyır. Bu növdə istisna halları yoxdur, subroqasiya halları var. Daşınmaz əmlakın icbari sığortasında isə istisna hallar qanunun 21-ci maddəsində və Mülki Məcəllənin 50-ci fəslində qeyd olunub. Amma yenə də qeyd edim ki, icbari sığortada istisna halları çox azdır”.

Nəticə etibarı ilə hər bir halda, avtomobilini və ya əmlakını könüllü qaydada sığortalamaq istəyən hər bir vətəndaş sığorta qaydaları ilə diqqətlə tanış olmalıdır. Əgər ehtiyac olarsa, təcrübəli sığortaçıların xidmətlərindən istifadə etməlidirlər. Əks halda hadisə olduğu zaman problemlərlə üzləşə bilərlər.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər78 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib
14.07.2026"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026