Redaktor
Ramiz Rzayev yola salındı (FOTOLAR)
2023-cü il martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin saytında məlumat verilib.
Ramiz Rzayev 25 fevral 1953-cü ildə anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.
R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.
R.Rzayev Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Prezidentin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib.
R.Rzayev Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 20 noyabr 2018-ci il tarixli Sərəncamla isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Dövlət başçısı 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə R.Rzayevi "Şərəf" ordeni ilə təltif edib.
Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsini 18 ildir ki, qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib. Ramiz Rzayev zamanında ona etimad göstərdiyinə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramını ifadə edib.
Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan Ramiz Rzayev belə bir kollektivlə işləməkdən məmnunluğunu bildirib, ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan investorlara təkcə öz bazarına deyil, həmdə regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026
Xalis mənfəətinə görə bankların RENKİNQİ
15.07.2026"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
15.07.2026"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb
15.07.2026Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib
15.07.2026Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
15.07.2026AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
15.07.2026Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®
15.07.2026Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"
15.07.2026"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
15.07.2026
"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb
15.07.2026Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?
15.07.2026“Kraken” Böyük Britaniya və Avropada “Mastercard” kriptovalyuta kartını təqdim edib
15.07.2026